Danimarkadan şok qərar - Binəli Yıldırımın səfərinə icazə verilmədi + Açıqlama

img

12-03-2017 [21:25]


Almaniya və Hollandiyanın ardınca Danimarka da Türkiyə qarşı diplomatik skandal yaradacaq qərar verib.

Mia.az Türkiyənin NTV kanalına istinadən xəbər verir ki, Türkiyənin baş naziri Binəli Yıldırımın Danimarkraya gözlənilən səfərinə də qadağa qoyulub.

Bu barədə Danimarkanın baş naziri Rasmussen açıqlama verib. 

O, mövcud gərginliyi nəzərə alaraq, bu səfərin təxirə salınması üçün rəsmi Ankaraya müraciət etdiklərini deyib:  "Dostcasına bu səfərin baş verməməsi üçün gərəkən diplomatik müzakirələrimiz davam edir. İstəyimizi qarşı təfərə çatdırdıq...".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA