12-03-2017 [18:40]
Azərbaycanda yaşayan hər kəs bilir ki, bayram yaxınlaşırsa, qiymət artımı baxımından nəinki günlər, saatlar belə bizim əleyhimizə işləyir.
İlaxır çərşənbənin və Novruz bayramının gəlişinə sayılı günlər qaldığı bir vaxtda qiymətlərin də hərarəti gün keçdikcə artır. Ən çox da Novruz xonçasını bəzəyən şirniyyatların, yeməklərin hazırlanmasında istifadə olunan ərzaqların, xüsusən də quru meyvələrin, çərəzlərin qiyməti artır.
Kənd Təsərrüfatı Nazirliyi bu bahalaşmanın qarşısını almaq üçün illərdir bayram yarmakaları təşkil etsə də, qiymət artımına əngəl olmaq mümkün olmur. Bu ildə qiymətlər bazara gələn hər kəsin qanını qaraldacaq səviyyədədir. Novruz yarmarkalarının başlamasına 4 gün qalsa da, paytaxtın müxtəlif yerlərində həftəsonu kənd təsərrüfatı yarmarkalarına şam və səmənidən tutmuş, iydə-innaba kimi Novruz süfrəsinə qoyulacaq hər cür məhsul satışa çıxarılıb.
"Yeni Müsavat”ın müxbiri bazarlardakı son durumu öyrənmək üçün kənd təsərrüfatı yarmarkalarına baş çəkib.
Xətai rayonunda, Məzahir Rüstəmov küçəsində, Bakı kinoteatrının yaxınlığında yerləşən yarmarkada ilk baxışdan iynə atsan yerə düşməz. Satıcı və alıcı əlindən bazarda iki cərgə ilə düzülmüş piştaxtaların arasından keçmək mümkün deyil. Yarmarkada məhsul bolluğu da diqqətimizdən yayınmır.
Lakin bahalaşmanın yaratdığı narazılıq insanların üzündən oxunur. Bu günlərdə hər kəsin marağında olan ilk məsələ qoz-fındıq ləpələrinin qiyməti olduğu üçün ilk olaraq onlardan başlayaq.
Qərzəkli qozun 1 kiloqramının qiyməti 8 manatdan başlayır, 10 manata kimi davam edir. Qərzəkli fındıq da 8 manatdan təklif olunur. Halbuki 4-5 gün öncə bu iki məhsulun qiyməti 5-6 manat arasında dəyişirdi. Hər zaman 5 manata aldığımız şabalıd isə 2 dəfə bahalaşıb, 1 kiloqramı 10 manata təklif olunur. Birmənalı olaraq demək olar ki, bazarda 10 manatdan ucuz rast şabalıdların keyfiyyətinə satıcılar zəmanət vermir, normal məhsul axtaranlara 10 manata satılan şabalıdı tövsiyə edirlər. Antep fıstığının kiloqramı isə 22 manatdır.
.jpg)
Ləpələrə gəlincə, fındıq ləpəsinin kiloqramı 15-18 manat arasında dəyişir. Qovrulmuş fındıq ləpəsi isə 20 manatadır. Qoz ləpəsi isə keyfiyyətindən asılı olaraq 16-25 manata təklif olunur. Badam ləpəsi 26 manatla üstünlüyünü qoruyur.
Quru meyvələrdən kişmişin kiloqramı 7-12 manat arasında, ərik və gavalı qurusu 10 manat, alça qurusu 8 manat, qara kişmiş 11 manat, xurma 4 manat, iydə 6 manat, innab 6-8 manat, fıstıq 6 manatdır.
Satıcılar bahalaşmanın səbəbi kimi tələbatın artmasını və bəzi məhsulların xaricdən gətirilməsini əsas göstərirlər.
Meyvələrdən almanın kiloqramı 70 qəpikdən 1.20 manat arasında dəyişir. Armudun, heyvanın , bananın kiloqramı 3 manatadır. Halbuki bir həftə öncə bu meyvələri 2.50 manata almaq mümkün idi. 1.60 manata satılan portağalın kiloqramı 2 manata təklif olunur. Narın kiloqramı 3, üzümün 1 kiloqramı 4 manatadır.
Soğanın kiloqramı 30-40 qəpiyə, yerli Gədəbəy kartofunun kiloqramı 1 manata, Türkiyə, Gürcüstan, Rusiya, Belorusiyadan gətirilən kartofun qiyməti isə 70-80 qəpik arasında dəyişir. Xiyarın kiloqramı 3 manata, pomidor 3.50 manata, badımcan isə 2.50 manata təklif olunur. Kələm 80 qəpik, kök, turp və çuğundurun kiloqramı 1 manata, gül kələmi, brokolinin kiloqramı 2.50 manatadır. Təmizlənmiş buğdanın kiloqramı 1 manatadır.
.jpg)
Yumurtanın qiymətində də artım var. Kənd yumurtasının 1 ədədi 25-30 qəpiyə, fabrik yumurtasının ədədi isə 17-18 qəpiyə təklif olunur. Yarmarkaya "kənd çolpası” adı ilə gətirilən toyuqlar 5-5.50 manatadır. Balığın kiloqramı növündən asılı olaraq 4-8 manat arasında dəyişir.
.jpg)
Ağartı məhsullarının qiyməti dəyişməz olaraq qalır . Pendirin kiloqramı 5-6 manata, şor və kəsmik 3 manata təklif olunur.
Yarmarkada adi səmənilər 1 manata, buta formasında hazırlanmış böyük səmənilər isə 5 manata satılır.
.jpg)
Qeyd edək ki, qiymətlər paytaxtdakı digər bazarların qiymətlərində belə də fərqlənmir. Əksinə bəzi satıcılar yarmarkaya marağın böyük olduğunu görüb qiyməti daha da artırırlar. Bu isə alıcılıq qabiliyyətinə mənfi təsir edir. Müşahidələrimiz zamanı da əksər alıcıların bazarda demək olar ki, əliboş çıxdığının şahidi olduq. Təəssüratlarını bizimlə bölüşən alıcılar satıcıların bu cür bayram ərəfəsindən sui-istifadə edərək qiyməti artırmasının doğru olmadığını bildirdilər.
Satıcılar isə qiymətlərin bir-iki günə daha da bahalaşacağını bildirir, alıcıları indidən bayrama tədarük görməyə səsləyirlər.




Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi