"Almaniya əsgərlərinin İncirlikdə nə işi var?" - Kamal Kılıcdaroğlu iqtidara səsləndi

img

12-03-2017 [16:25]


"Almaniya əsgərlərinin İncirlikdə nə işi var?".

Mia.az xəbər verir ki, bunu türk nazirlərin Almaniya və Hollandiyaya buraxılmamasına reaksiya verən ana müxalifət partiyası CHP lideri Kamal Kılıcdaroğlu deyib.

O, iqtidarı Almaniya və Hollandiyaya qarşı açıq və dəqiq addımlar atmağa çağırıb: 

"Bu məsələ iqtidar-müxalifət məsələsi deyil. Bu, Türkiyəyə qarşıdır. Buradan iqtidara açıq və konkret təkliflə səslənirəm. Sizə bu məsələdə hər cür dəstək verəcəyik. Hollandiya ilə bütün əlaqlələri dondurun, Almaniyaya qarşı lazımı addımları atın. Əgər Türkiyənin nazirləri Almaniyaya buraxılmırsa, onların əsgərinin Türkiyədə - İncirlikdə  nə işləri var, axı?!".

Mia.az 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA