"Ankaranın cavab tədbirləri son dərəcə sərt olacaq" - Baş nazirdən kəskin xəbərdarlıq

img

12-03-2017 [14:37]


Türkiyənin baş naziri Binəli Yıldırım ölkənin ailə və sosial siyasət naziri Fatma Bətul Sayan Kayanın Rotterdamdakı türk Baş konsulluğu ərazisinə buraxılmasına imkan verməyən Niderland hakimiyyətinin hərəkətlərini pisləyib.

O, Ankaranın cavab tədbirlərinin son dərəcə sərt olacağını bildirib.

"Biz Niderland hakimiyyətinin hərəkətlərinə qətiyyətlə etiraz edirik. Ankaranın cavab tədbirləri son dərəcə sərt olacaq. Türkiyəyə və diplomatik toxunulmazlığı olan nazirə təzyiq yolverilməzdir", — deyə baş nazir bildirib.

Binəli Yıldırım Rotterdamdakı hadisəni "böyük siyasi qalmaqal" adlandırıb.

O qeyd edib ki, Ankaranın məsələni yoluna qoymaq səyləri nəticəsiz qalıb.   (Report)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA