Ötən il Gürcüstana ən çox pul qoyan azərbaycanlılar olub - 578 milyon dollar

img

12-03-2017 [14:30]


2016-cı ildə Gürcüstan iqtisadiyyatına ümumilikdə 1,6 milyard dollar həcmində xarici sərmayə qoyulub. Bu da 2015-ci illə müqayisədə 22 faiz çoxdur.

Gürcüstan iqtisadiyyatına qoyulan xarici sərmayələrin 35 faizi və ya 578 milyon dolları Azərbaycanın payına düşüb. Bu göstərici ilə Azərbaycan Gürcüstanın xarici investorları sırasında birinci yerdədir.

Siyahıda ikinci yerdə Türkiyə (272 milyon dollar), üçüncü yerdə isə Böyük Britaniya (121 milyon dollar) dayanır.
Gürcüstan milli statistika xidmətindən bildiriblər ki, ötən il xarici sərmayələrin 645 milyon dolları nəqliyyat və rabitə, 203 milyon dolları energetika, 163 milyon dolları tikinti sahələrinə qoyulub. Qalan hissə isə istehsal sənayesi, daşınmaz əmlak, otel və restoranlara, səhiyyə, təhsil və digər sahələrə yönəldilib.
 
Azərtac 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA