“Rusiya imkan verməz ki, Ermənistana hücum olsun” - Kremlin ideoloqundan Qarabağ açıqlaması

img

12-03-2017 [09:15]


Ermənistanda keçirilən "Valday” disskusiya klubunda çıxış edən rusiyalı politoloqlar Qarabağ münaqişəsinə toxunublar.

Şərqşünaslıq İnstitunun rəhbəri, akademik Vitali Naumkin Rusiyanın Azərbaycan və Ermənistanla münasibətlərinə toxunub. 

"Heç kim inkar edə bilməz ki, Rusiya Ermənistan üçün əsas silah tədarükçüsüdür. Rusiya imkan verməz ki, Ermənistana kimsə hücum etsin yaxud zərər versin. Kim də hücum etsə, Moskva Yerevanın müdafiəsində iştirak edəcək. Bu aydın məsələdir. İkincisi, Moskva enerji resursları satır. Bu istənilən hərbi məsələni mümkünsüz edir”.

Rusiyanın Azərbaycana silah satmasını bazar qanunu adlandıran Naumov əks halda, Bakının başqa ölkələrdən də silah ala biləcəyini deyib. 

Politoloq Kremlin hər iki ölkə ilə balanslı münasibət saxlamaq istədiyini vurğulayıb(modern.az).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA