Şəhid hərbçi Tovuzda torpağa tapşırıldı

img

11-03-2017 [18:48]


Azərbaycan Ordusunun şəhid olan hərbçisi Tovuz rayonunda dəfn edilib.

Martın 11-də Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimizin atəşə tutulması nəticəsində şəhid olan əsgər Abbasov Həsənəli Çingiz oğlu bu gün doğulduğu Tovuz rayonu Yuxarı Öysüzlü kəndində torpağa tapşırılıb. Dəfn mərasimində rayon İcra Hakimiyyətinin başçısı və RİH Aparatının əməkdaşları, ictimaiyyət nümayəndələri, kənd sakinləri, şəhidin hərbçi yoldaşları, xidmət etdiyi hərbi hissəsinin zabitləri, Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları iştirak edib.

Şəhid Yuxarı Öysüzlü kənd qəbirstanblığında torpağa tapşırılıb. Şəhidin tabutunun büküldüyü Azərbaycan bayrağı atasına təqdim edilib.
apa


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA