Generalla icra başçısı Prezidentin Milli Qəhrəmanımızın ailəsinə verdiyi mənzildə - FOTOLAR

img

11-03-2017 [14:49]


Müdafiə Nazirinin müavini Kərim Vəliyev və Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov Milli Qəhrəman Çingiz Qurbanovun ailəsinə ölkə prezidenti tərəfindən təqdim edilmiş mənzildə Milli Qəhrəmanın atası Salman Qurbanovla görüşüb, mənzildə aparılan təmir işlərinin gedişatı və ailənin qayğıları ilə maraqlanıblar.

Mia.az xəbər verir ki, şəhidin atası Salman Qurbanov ailəsinə göstərilən diqqət və dövlət qayğısına görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə təşəkkürünü bildirib.

Qeyd edək ki, Çingiz Qurbanov 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olub. Onun nəşi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, aidiyyati dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla aparılmış müntəzəm tədbirlər nəticəsində qarşı tərəfdən alınıb. Çingiz Salman oğlu Qurbanova (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş, həmçinin, Ölkə Başçısı tərəfindən şəhidin atası Salman Qurbanova "Qızıl Ulduz" medalı təqdim olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA