Türkiyə-Rusiya-Azərbaycan ittifaqı yaradılır? - Ərdoğandan Putinlə müzakirədə daha bir mesaj

img

10-03-2017 [21:28]


"Türkiyə-Rusiya-Azərbaycan üçlük ittifaqının yaradılmasını müzakirə etdik".
 
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə birgə keçirdiyi mətbuat konfransında bildirib.
 
Ərdoğan Rusiya-Turkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 6-cı iclasında Azərbaycan-Türkiyə-Rusiya İttifaqının yaradılması və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını geniş müzakirə etdiklərini söyləyib.
 
"Görüşlərdə Qara dəniz iqtisadi işbirliyi mövzusu üzərində, xüsusi ilə Azərbaycan-Rusiya-Türkiyə üçlü işbirliyi mexanizmləri üzərində həssaslıqla dayandıq. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması barədə də fikir mübadiləsi apardıq. Buradakı problemləri aşmaq nöqtəsində təbii ki, Rusiyanın üzərindəki yükün ağırlığını bildiririk", - deyə Ərdoğan bildirib.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA