Misir Mərdanov Dissertasiya Şurasının tərkibini təsdiq etdi - İclas + FOTO

img

10-03-2017 [20:58]


AMEA Riyaziyyat və Mexanika İnstitutu nəzdində elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən D.01.111 Dissertasiya Şurasının tərkibi təsdiq edilib.

AMEA Riyaziyyat və Mexanika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fizika üzrə fəlsəfə doktoru Aynurə Cəfərovanın Mia.az-a verdiyi məlumata görə, bu gün Dissertasiya Şurasının ilk iclası keçirilib.

 İclasda Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov yeni yaranmış dissertasiya şurasının tərkibini təqdim edib və şurada olan sənədlərlə şura üzvlərini məlumatlandırıb.

Sonra Nargül Qurbanova və Nazilə Muradovanın dissertasiya işlərinə rəsmi opponentlərin və aparıcı təşkilatın təyini məsələsinə baxılıb və təsdiq edilib. 


Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA