Magistraturaya qəbul imtahanının nəticələri bu gün açıqlanacaq

img

22-06-2010 [11:35]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2010-cu il iyunun 20-də Bakı və Naxçıvan şəhərlərində cari tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirib. TQDK-dan verilən məlumata görə, imtahan binalarına buraxılış rejimində bakalavrların imtahan sənədləri xüsusi kompüter proqramları və skaner qurğuları vasitəsilə yoxlanılıb. İmtahanda iştirak etmək hüququna 6616 bakalavr malik idi. Onlardan 72 nəfəri imtahana gəlməyib. Buraxılış rejimində bakalavrlardan 2 nəfərinin imtahan binasına köməkçi vasitələr keçirməsi aşkarlanıb, onların barəsində akt tərtib olunmuş və imtahana buraxılmayıb. Nəticələrin bu gün ? iyunun 22-də TQDK-nın internet saytında yerləşdirilməsi nəzərdə tutulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA