Qarabağda böyük müharibə başlayacaq? - Ekpertdən gərginlik xəbərdarlığı

img

10-03-2017 [09:29]


Bir çox ekspertlər qeyd edirlər ki, yaxın 2 ay ərzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zonasında qoşunların təmas xəttində gərginlik artacaq. Hətta gərginliyin böyük müharibəyə çevilmə ehtimalını səsləndirənlər də var.

Mia.az xəbər verir ki, bununla bağlı təhlükəsizlik və geosiyasi məsələlər üzrə ekspert Arzu Nağıyev deyib ki, həqiqətən də cəbhədə gərginliyin getdikcə artacağı istisna deyil: 

"Məlumdur ki, yaz-yay aylarında cəbhədə gərginlik daim artır. Bu müharibənin qanunlarıdır. Lakin düşünmürəm ki, aprel hadisələri yenidən təkrarlansın. Tarix də göstərir ki, iki dəfə təkrarlanan hər hansı prosesdən müsbət nəticə alınmır. Buna baxmayaraq, lokal xarakterli hərbi əməliyyatların olması mümkündür. Bu baxımdan Ermənistan silahlı qüvvələri cəbhədə əlavə təxribatlara əl ata bilər. Lakin beynəlxalq aktorlar, eyni zamanda regiondakı böyük dövlətlər - Rusiya, Türkiyə, İran imkan verməz ki, bu proses daha geniş vüsət alsın. Bununla belə cəbhədə hansısa hadisənin olması istisna deyil".

Bununla belə ekspert hesab edir ki, hərbi əməliyyatların böyük müharibəyə çevrilmə ehtimalı cüzidir: "Bu gün artıq müharibə yalnız səngərlərdə deyil, müasir texniki vasitələrlə də aparılır. Məlum məsələdir ki, həm Ermənistan, həm də Azərbaycan hərbi birləşmələrin dislokasiyası barədə müxtəlif yaxın xüsusi xidmət orqanlarından ətraflı məlumatlar alır. Ona görə də düşünmürəm ki, tezliklə böyük müharibə başlasın, amma lokal hərbi əməliyyatların keçirilməsi mümkündür".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA