Azərbaycanda ən böyük dondurma istehsalçılarından birinin məhsulu saxta çıxdı

img

22-06-2010 [11:31]


İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Azərbaycanda ən böyük dondurma istehsalçılarından olan ?AER? şirkətində yoxlamalar aparıb. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, aparılan yoxlama zamanı müəssisədə istehsal edilən istehsal edilən ?Flaminqo?, ?Oazis?, ?Oreşek?, ?Çornoye zoloto?, ?Lipetskiy?, ?Maqnat?, ?Komandor?, ?Daşa?, ?Belıe noçi?, ?Mitya?, ?Boqatır?, ?Perezaqruzka?, ?Plombir?, ?Lubimım?, ?Piramida?, ?Lakomka?, ?Maqnuliya?, ?Beloçka?, ?Snequroçka?, ?Cornella?, ?Zimaletta?, ?Sfinks?, ?Anata?, ?Ptiçye moloko?, ?Futik?, ?Vernisaj?, ?Oryol?, ?Aysberq?, ?Klimanka?, ?Zimuşka-Zima? adlı dondurmaların üzərində saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərildiyi, istehsal olunan dondurmaların uyğunluq sertifikatının olmadığı, dondurmaların qablaşdırılmasında istifadə edilən vaflilərin yararlıq müddətinin göstərilmədiyi aşkarlanıb. Bununla əlaqədar müəssisənin anbarında olan 19,3 ton hazır məhsulun satışı dayandırılıb. Bu məhsulların ticarət şəbəkəsindən yığılması barədə firmaya göstəriş verilib, müəssisənin anbarında olan südlü, qaymaqlı və plombir dondurmaların hərəsindən bir çeşid məhsuldan nümunə götürülərək laborator müayinəyə göndərilib. Yoxlamalar zamanı həmçinin, üzərində saxlama müddəti normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərilmiş 5,6 ton bükmə materialı istifadədən çıxarılıb. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti araşdırmalarını davam etdirir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA