09-03-2017 [22:39]
Martın 9-da Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (EITI - The Extractive Industries Transparency Initiative) Beynəlxalq İdarə Heyətinin Boqoto toplantısında Azərbaycanın bu qurumda fəaliyyəti dayandırılıb.
Azadlıq Radiosunun yaydığı məlumata görə, qurumun yaydığı bəyanatda bildirilir ki, Azərbaycan qurumun Astana toplantısında qəbul etdiyi islahedici tədbirlər planını tam yerinə yetirməyib:
"Ona görə də ölkənin təşkilatda üzvlüyü dayandırılır. Amma Azərbaycanın irəli sürülən islahedici tədbirləri yerinə yetirib-yetirmədiyi qurumun bu il iyulun 26-da keçirilən toplantısında bir daha dəyərləndiriləcək".
Ermənistan isə EITI-yə üzv qəbul edilib. Qərar EITI-nin rəhbər komitəsinin bu gün, martın 9-da keçirilən toplantısında çıxarılıb.
Bu haqda komitənin üzvlərindən iqtisadçı Qubad İbadoğlu məlumat verib.
Onun sözlərinə görə, Azərbaycandan olan nümayəndələr müzakirələrdə yaxından iştirak ediblər:
"Ermənistanın təşkilata qəbulu ilə bağlı müzakirələr çox uzun çəkdi. Azərbaycan hökumətinin Boqotaya ezam olunan nümayəndəsi Şahmar Mövsümövla birlikdə beynəlxalq idarə heyətinin üzvləri arasında apardığımız işin nəticəsi olaraq demək olar ki, çıxış edənlərin hamısı Ermənistanın işğal etdiyi ərazilərdə hasilatla bağlı məlumatları onların açıqlayacağı MSŞT hesabatlarına daxil etməsinin əleyhinə oldular”.
Qubad İbadoğlunun bildirməsinə görə, müzakirələrin yekununda MSŞT-nin rəhbəri Fredrik Reinfeldt çıxış edərək qeyd edilənlər əsasında xüsusi olaraq ayrıca məktubla açıqlama verəcəyini bildirib.
Yekunda Ermənistan MSŞT-nin 52-ci üzv dövləti olub. Q.İbadoğlunun sözlərinə görə, bu qərar şərtlə verilib: "Ermənistan dərc edəcəkləri MSŞT hesabatlarına işğal altında olan Qarabağ ərazisindəki hasilat məlumatlarını daxil etməyəcəklər”.
Mia.az xəbər verir ki, məsələyə Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev də reaksiya verib.
O, "Feysbuk"dakı səhifəsində belə yazıb:
"Hörmətli Dostlar! Boqotodan verilən son məlumata görə, Azərbaycanın MHŞT-də üzvlüyünün dayandırılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Hal-hazırda qərar üzərində iş gedir".
Xatırladaq ki, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (EITI) martın 8-dən 9-na kimi Azərbaycanın öhdəliklərini müzakirə edib. Ötən il oktyabrın 26-da EITI üzrə beynəlxalq rəhbər komitə Azərbaycana vətəndaş cəmiyyətinin problemlərini həll etməyə 6 ay vaxt vermişdi. Ekspertlər hesab edirdi ki, əgər bu müddət ərzində vətəndaş cəmiyyətinin problemləri həllini tapmasa, Azərbaycanın təşəbbüsdəki statusu dayandırılacaq.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi