09-03-2017 [19:03]
AMİP Siyasi Şurasının üzvü Əli Orucov mia.az-a müsahibə verib. O, maraqlı məqamlara toxunub.
-Bir müddət əvvəl deputat Hadı Rəcəblinin pensiya yaşının artırılması ilə bağlı səsləndirdiyi fikirlər narazılıq doğurdu və deputata qarşı həm mətbuatda, həm də sosial şəbəkələrdə o, qınaq obyektinə çevrildi. Lakin buna baxmayaraq deputat özünə bəraət qazandırmağa çalışdı. Sizcə, pensiya yaş həddinin artırılmasına zərurət varmı?
-Mən KİV-lərdə və sosial şəbəkələrdə pensiya yaş həddinin qaldırılması ilə bağlı H.Rəcəblinin səsləndirdiyi fikirlərlə bağlı müzakirələri izləyirdim. Amma ya bilərəkdən, ya da bilməyərəkədn H.Rəcəblinin hədəf seçilməsi iz azdırmaqdan başqa bir şey deyil. H.Rəcəbli kimdir və nə səlahiyyət yiyəsidir ki, pensiya müəyyənləşdirsin, yaxud da pensiya yaş həddini artırıb-azaltsın? Hökümətin siyasətini ölkə başçısı müəyyənləşdirir və bu kursu həyata keçirən Nazirlər Kabineti var. Sosial siyasəti də icra edən müvafiq nazirliklər, qurumlar var. Ona görə də H.Rəcəbli kimi səlahiyyətsiz və heç kim olan şəxsin ətrafında boş-boşuna hay-küy yaratmaqdansa, hakimiyyətin üzərinə getmək lazımdır. Əslində onun tənqidlərə məruz qoyulması xeyrinə işləyir və təyin etdiyi şəxs tərəfindən özünü qiymətə mindirir. Hökümətin yaxasından tutub soruşmaq lazımdır ki, onsuz da düzəməlli pensiya da vermirsiniz, yaş həddini qaldırmaq daha nəyə lazım idi? Getdikcə xəstəliklər də, ölüm də cavanlaşır. Hələ utanıb-qızarmadan da uğurlu sosial siyasətdən, xalqa qayğı və diqqətdən danışırlar. Xalqa, millətə doğru-düzgün istiqamət göstərmək lazımdır ki, onlar da bir daha görsünlər və bilsinlər ki,əsil səbəb və səbəbkarlar kimlərdir, kimlərdən haqq-hesab sormalıdır. Bu işdə KİV-lərin üzərinə böyük məsuliyyət düşsə də, təəssüflər olsun ki, son dövrlər mətbuatımız da iqtidardakılar kimi xalqdan aralı düşüb. Bəziləri hətta, hakimiyyətin təbliğat və yalan vintciyinə çevrilib.
-Arif Rəhimzadəyə də "biz türk deyilik” sözlərinə görə də təpki az olmadı.
-Arif Rəhimzadənin türk olmadığını deməsi qəbahətli deyil. Hər adam Türk ola bilməz. Türk olmaq haqqın-ədalətin yanında və mübariz olmaq deməkdir. Türk olmaq mərd, cəsur, döyüşkən, Vətəninə, Millətinə, Torpağına, Ulusuna, Obasına, Bayrağına cani-dildən bağlı olmaq deməkdir. İndi siz deyin görək Arif Rəhimzadə necə Türk olsun?! Hələ A.Rəhimzadəyə və onun kimi adamlara sağ ol demək lazımdır ki, özünü Türk adlandırıb, bu ada ləkə gətirmirlər.
-Siz, KİV-lərin üzərlərinə götürdüyü məsuliyyəti yerinə yetirməməkdə suçlayırsız, amma müxalifət də heç nə görmür axı? Müxalifət də xalqdan aralı düşüb, etimadını itirib və proseslərə təsir edə bilmir. Bəs özünüzü niyə tənqiddən kənara çəkirsiniz?
-Mən KİV-ləri suçlamadım, sadəcə iradlarımı səsləndirdim. Mən reallıqları dəyərləndirirəm. İqtisadi-maliyyə dayaqları olmadan KİV-lərin fəaliyyəti mümkün deyil. Əslində KİV həm də istehsal və biznes sahəsidir. Lakin bildiyiniz kimi bütün istehsal və biznes sahələri hakimiyyətin əlində çəmləşdiyindən informasiya və yayım biznesini də onların nəzarətin kənar qurub inkişaf etdirmək müşkül məsələdir. Odur ki, bir qisim KİV-lərimiz yeni şərtləri qəbul etməyərək, yaxud da, uyğunlaşmağı bacarmayaraq qapandı, bir qisminin fəaliyyətinə məhdudiyyətlər qoyuldu, bir qismi isə hakimiyyətdən bəslənərək onun təsir dairəsinə düşdü. Beləliklə, bu sahə də inhisarlaşdırıldı. Jurnalistlərimiz də ələbaxımlığa və tənbəlliyə öyrəşdirildi. Bu isə ümumilikdə cəmiyyətin obyektiv, operativ, doğru və alternativ məlumat və informasiya bazasına, fikir plüralizminə çıxışını təhlükəli səviyyədə əngəlləməkdədir. Məzh müxalifətin, dediyiniz kimi, zəif duruma salınmasına əsas səbəblərdən biri də məhz bu amildir. Ölkə müxalifəti nə elektron, nə də çap mətbuatına senzurasız və "qayçısız” çıxa bilmir. Televiziyalara isə ümumiyyətlə çıxış yoxdur, hətta, İTV-yə də.
Mən müxalifətin heç bir iş görməməsi, xalqdan aralı düşdüyü və s .kimi səsləndirdiyiniz fikirləri bölüşmürəm. Doğrudur, səhvlərimiz olub. Bunu etiraf edirəm. Lakin müxalifət mövcud şərtlər və reallıqlar daxilində əsil qəhrəmanlıqlar göstərərək əlində geniş imkanları və sonsuz səlahiyyətləri olan hakimiyyətlə, qanunların işləmədiyi bir məmləkətdə on illərdi ki mübarizə aparır, vuruşur. Kifayət qədər itkilər versə də, ən ağır mərhumiyyətlərə düçar olsa da, tutduğu haqq yolundan dönməyib, demokratik və inkişaf etmiş Azərbaycan qurmaq sevdasından əl çəkməyib.
Mərhum prezident H.Əliyevin dönəmidə vəziyyət bundan qat-qat yaxşı idi. Demokratik imitasiya elə ustalıqla həyata keçirilirdı ki, bunun imitasiya olduğunu anlamaq çətin olurdu. Hazırkı situasiyanı müqayisə edəndə H.Əliyevi demokrat dövlət başçısı adlandırmaq olar. Partiyalar da, KİV-lər də, cəmiyyətin özü də özlərini qismən də olsa azad və sərbəst hiss edirdilər. Mən bunları deməklə nostalji hisslərə qapılmıram.Yaxın keçmişə qısa ekskurs edərək müxalifətin deyil, ümumilikdə, partiyaların nədən elə ağır duruma salınması barədə təsəvvürlərinizin daha da genişləndirilməsinə yardımçı olum.
Müxalifət xalqdan aralı düşməyib, xalqın özü siyasi proseslərə yaxın buraxılmayır və hakimiyyət tərəfindən daim basqı və qorxu altında saxlanılır ki, siyasətlə, ölkənin taleyi ilə maraqlanmasın, dövlətin idarə edilməsində iştirak edə və hakimiyyətin mənbəyi ola bilməsin. Məzh bunun nəticəsidir ki, hakimiyyət qollarının heç biri xalqın istək və arzularını deyil, şəxsi və hakimiyyət maraqlarını həyata keçirir. Aşağıdan yuxarı vertikal olaraq bir şəxsin iradəsindən asılılıq qalır və bütün məsuliyyət də həmin şəxsin üzərinə yüklənir. Belə cəmiyyətdə müxalifət bundan atrığını istəsə belə edə bilməz.
-Xalq kimin arxasınca getsin, onu arxasınca aparacaq nə lider var, nə də müxalifət…
-Xalqı arxasınca aparacaq liderin və müxalifətin olmaması barədəkı iddiaları bəhanə hesab edirəm. Bu təbliğat iqtidar mətbəxindən çıxıb və illərdi ki, dövriyyədədir. Əvvəla, liderin olmamasını söyləmək xalqa həqarətdir. Xalq öz içindən 5-10 lider yetişdirib çıxara bilmirsə o necə xalqdır?! Bzim xoşbəxtliyimiz onandır ki, xalqı səfərbər edib arxasınca aparan liderlərimiz olub və indi də var. Problem müxalifətin birləşib-birləşməməyində də deyil. Əsas olan odur ki, xalqın özü yumruq kimi birləşsin və bütövləşsin. Necə ki, ötən əsrin 80-ci illərinin sonlarındakı birlik kimi. Onda heç lider də yox idi, müxalifət də. Amma xalq öz liderini də, onu arxasınca aparan təşkilatı da meydanlardan çıxardı. Nəticədə, istəyinə çatdı: müstəqilliyinə qovuşdu, imperiyanı dizi üstə çökdürdü. Demək, proseslərin uğurlu axarı və mövcud acınacaqlı vəziyyətdən çıxış yolu heç də lider və müxalifətdə yox, cəmiyyətin fəallığında, birliyində və yekdilliyindədir. Bəzən elə düşünürlər ki, lider Promoteydir, odu Allahlardan oğurlayıb insanlara verəcək. yaxud da "Ağ atlı oğlandır”. Lider və müxalifət o zaman güclü və ötkəm olur ki, arxasında milyonların nəfəsini hiss etsin, qum dənələrini xatırladan izdihamı, kütləviliyi görsün. Hansısa xilaskarın zühur edəcəyini gözləmək bizi daha təhlükəli uçrumun kənarına aparır, biz addım-addım Orta Doğuya, Suriyaya, yaxınlaşırıq. Bu gün həbsdən, işdən çıxarılmaqdan, hansısa cəza metodundan qorxaraq etiraz səsini çıxarmayanlar, yaxud da "mən tox olum, özgələri ilə nədir karim, cümlə-cahan batsa da batsın nə işim var” prinsipi ilə yanaşan insanlar anlamalıdırlar ki, gəmidə xilasedici qayıqlar və vasitələr məhdud saydadır, onlara batan gəmidən xilası üçün çatmaya bilər. Özlərinin, öz övladlarının təhlükəsizliyi və gələcəyi üçün ölkə vətandaşları siyasi proseslərə daha aktiv qoşulmalı, hakimiyyətinə sahib durmalı, verdiyi minlərlə şəhidlər hesabına qurduğu dövlətinin etibarlı təminatını təmin etməlidir. İnandırım sizi 1988-ci ildəki gücün 100-dən birini bu xalq ortaya qoya bilsə, siyasi rejimi də, siyasi hakimiyyəti də tamam dəyişə bilər. Ən azından məcbur edər ki, müxalifət də, iqtidar da şəxsi, qrup və partiya maraqlarından deyil, xalqın, millətin, dövlətin maraqlarından çıxış etsin.
-Xalqın dəyişikliyə nail olunması üçün beynəlxalq dəstək də lazımdır. Bu gün Qərb nədənə həmin dəstəyi vermir?
(davamı var)
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi