Dövlət komitəsində dəyişiklik - Aparat rəhbəri vəzifədən azad olundu, yerinə təyinat oldu

img

09-03-2017 [16:37]


Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbəri dəyişib.

Dövlət Komitəsinin Aparat rəhbəri Elmar Hüseynzadə vəzifəsindən azad edilib.

Bu vəzifəyə Ağamirzə Canmirzəyev təyin edilib.

 Bununla əlaqədar Nazirlər Kabineti "Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının tərkibi haqqında” qərarda müvafiq dəyişiklik edib. Qərara əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin "Azərmemarlayihə" Dövlət Baş Layihə İnstitutunun direktoru Süleyman Cabbarov da Kollegiya üzvü təyin edilib.

A. Canmirzəyev bundan əvvəl Dövlət Komitəsinin Texniki normalar və lisenziya şöbəsinin müdiri olub.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA