09-03-2017 [16:27]
Bakı Ağır Cinayətlər Məhkəməsində Beynəlxalq Bankdan pul götürüb qaytarmamaqda təqsirləndirilən sabiq deputat Dünyamin Xəlilov və digərlərinin cinayət işi üzrə məhkəmə davam etdirilib.
Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə Dünyamin Xəlilov ifadə verib.
O, şirkət rəhbəri olduğunu və 1995-ci ildən Beynəlxalq Bankla işgüzar münasibətlər yaratdığını deyib:
"2005-ci ildən ictimai fəaliyyətə başlamışam. Cəmiyyətdə kifayət qədər tanınan şəxsəm. Cinayət işində olan şirkətlərin rəhbəri olmamışam. Biz Beynəlxalq Bankdan kredit götürülən pulları görməmişik. Pul "İntertekstil" MMX şirkətinin fəaliyyətinə ayrılıb. Pullar da bankda qalıb. "Səbail Mebel" MMC və digər şirkətlərə də eyni qayda ilə kredit ayrılırdı. Həmin şirkətlər bankın nəzarəti altında olub. Kreditlərin götürülməsi üçün sənədlər hazırlanıb, Beynəlxalq Bankın rəhbərliyinə göndərilirdi. Vəsaitlər iki bank vasitəsi ilə xarici bankların hesablarına köçürülüb. Həmin sənədləri məhkəməyə təqdim edə bilərəm. Mən heç bir şirkətin təsisçisi, icraçısı olmamışam. Şirkətlərə nəzarəti Beynəlxalq Bankının rəhbərliyi edib. Həbsimdən əvvəl də Baş Mütəşəkkil Cinayətlərə qarşı Mübarizə İdarəsinə gedib gəlmişəm, istintaqla əməkdaşlıq eləmişəm. Orada çalışan müstəntiqlər maliyyə işini yaxşı bilmirlər. Mən onlara bunların hamısını öyrədib izah etmişəm. Hətta həbsimdən sonra da bu məsələləri onlara aşılamışam. Lazım olan sənədləri onlara vermişəm. Həmin götürülən pullardan qəpik də gəlirim olmayıb. Ümumiyyətlə, mən icraçı olmuşam".
Prokurorun suallarına cavab verən Dünyamin Xəlilov Cahangir Hacıyevlə 1978-ci ildən tanış olduğunu deyib: "Qonşuluq və başqa münasibətlərimiz olub. Görüşmüşük. Onunla qohum olsaq da, əsasən işgüzar münasibətlərimiz olub".
Dünyamin Xəlilov bildirib ki, bankın nəzarətində olan şirkətlərlə bağlı tapşırıqlar Cahangir Hacıyev tərəfindən verilib: "Təkcə Cahangir Hacıyev deyil, Bankın digər vəzifəli şəxsləri tapşırılar verirdi. Məsələn bəzi məsələlər üzrə Akif Əliyev tapşırıq verirdi. Mənim işim monitorinq olub. Verilən tapşırıqlar da əsasən bundan ibarətdir. Mən də icra eləmişəm. Ümumiyyətlə, təsisçi kimi işlərin monitorinqini aparmışam".
Dünyamin Xəlilov vəkillərinin suallarını cavablandırandan sonra şahidlər ifadə verib.
Qeyd edək ki, 2015-ci ilin yayından Beynəlxalq Banka kredit borcları olan şəxslərin həbsinə başlanılıb. Bu məsələ ilə bağlı bir çox iş adamı saxlanılıb. "Globus Plaza"nın sahibi olan D. Xəlilov da dələduzluqda təqsirli bilinir. O, ötən ilin fevralında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı saxlanılaraq, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. D. Xəlilov Cinayət Məcəlləsini 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.
Digər təqsirləndirilən şəxslər isə Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Şakir Musayev, Ruslan İsmayılov, Mənsur Zeynalov, Rauf Əliyevdir. Dünyamin Xəlilovdan başqa digərlərinin barələrində həbs qətimkan tədbiri seçilməyib. Onlar ümumilikdə 50 milyon manat mənimsəməkdə təqsirləndirilirlər.
APA
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi