İcra başçısı dəhşətli qəzada yaralanan tələbələrə baş çəkdi - FOTOLAR

img

09-03-2017 [15:40]


Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Bakı-Sumqayıt yolunda 5 nəfərin öümünə səbəb olan qəza zamanı yaralananlara baş çəkib.

İcra başçısı Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gələrək qəza nəticəsində yaralanan tələbələrin vəziyyəti ilə maraqlanıb.

Qeyd edək ki,  bu gün Bakı-Sumqayıt yolunda qəza baş verib. Baş vermiş qəza nəticəsində 5 nəfər həlak olub. Üç nəfərə ambulator köməyi göstərilib, iki nəfər 1 nömrəli Klinik Tibbi Mərkəzə, 15 nəfər Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, daha üç nəfər Xırdalan xəstəxanasına yerləşdirilib.//sumqayitxeber.com


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA