Bu nazirliklərdən Artur Rəsizadəyə 10 min şikayət gəlib - Siyahı

img

09-03-2017 [13:38]


Nazirlər Kabinetinin Aparatına 2016-cı il ərzində vətəndaşlar tərəfindən 10898 ərizə, məktub və təklif daxil olub.

Nazirlər Kabinetinin məlumatına görə, daxil olan müraciətlərin əsas mövzusunu mənzil, sosial təminat, əmək və əməkhaqqı, vəzifəli şəxslərin səlahiyyətlərindən sui-istifadəsi, kənd təsərrüfatı, ekologiya və meşə təsərrüfatı, sənaye, tikinti, nəqliyyat və rabitə, elm, mədəniyyət, ticarət və pullu xidmətlər, abadlaşdırma, əhaliyə kommunal-məişət xidməti, inzibati orqanların işi, maliyyə, kredit ayrılması, qaçqınlarla bağlı, torpaq sahələrinin ayrılması, səhiyyə, humanitar yardım ayrılmas, özəlləşdirmə və digər məsələlər təşkil edib.

Həmin dövrdə Baş nazirinin müavinləri və Aparatın şöbə müdirləri tərəfindən müvafiq məsələlərlə bağlı 2538 vətəndaş qəbul edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA