Sabah hava necə olacaq? - Nazirlik proqnozu açıqladı

img

09-03-2017 [12:09]


Sabah Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz mülayim  cənub-şərq küləyi ilə əvəz olunacaq.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən  verilən məlumata görə, havanın temperaturunun gecə 3-5° isti, gündüz 10-15° isti, Bakıda gecə 3-5° isti, gündüz  13-15° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi  normadan yüksək 770 mm civə sütunundan 767 mm civə sütununa enəcək.
 
Nisbi rütubət  gecə 75-85 %, gündüz 45-55 %  təşkil edəcək.
 
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 2-7° isti, gündüz 13-18° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacağı gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA