Olland Sarkisyanı qəbul etdi, Qarabağla bağlı mesaj verdi: "Son zamanlar baş verən insidentlər..."

img

08-03-2017 [20:27]


Parisdə Fransa prezidenti Fransua Olland və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş keçirilib.

"RİA Novosti"nin verdiyi xəbərə görə, tərəflər ikitərəfli münasibətlər, beynəlxalq vəziyyət  və Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə ediblər.

"Fransa Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verə bilər. Biz ABŞ və Rusiya ilə birgə Minsk qrupunun həmsədriyik.  Biz son zamanlar baş verən insidentlərin təkrarlanmaması və münaqişənin siyasi yolla həllində maraqlıyıq”, – deyə, S.Sarkisyanla görüşün yekunlarını şərh edən F.Olland bildirib. 

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA