08-03-2017 [20:17]
"Dünyanın maraqlı işləri var. Bir Dədə Aydın vardı, Azərbaycanın istiqlal tarixinin maraqlı simasıydı, hər kəsin güvəndiyi səmimi bir insandı. Əbülfəz Bəydən tutmuş ekstrasens Tofiq Dadaşova qədər, o cümlədən də bizlərin də güvənilir dostu idi. Azərbaycandan olan ilk kosmonavtı ola bilərdi, imkan vermədilər. Hətta Kommunist Partiyası üzvlüyünə namizədlik üçün zəmanəti ona ilk Sovet kosmonavtı Yuri Qaqarin vermişdi. Yaş fərqində baxmadan insanlara xidmət etməkdən zövq alardı".
Mia.az xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa deyib..
Millət vəkilinin sözlərinə görə, Dədə Aydın ahıl yaşlarında məhkəmə dəhlizlərində sürünməkdən əsəbləri dözməyib, ömürünü bizlərə bağışlayıb:
"Səbəb isə ancaq Azərbaycan reallığında minlərlə insanların yaşadığı dələduzluq hərəkətləri idi. Adam 55 il müəllimlik dövründən maaşla topladığı vəsaiti yeni tikilidən ev almaq üçün tikinti firmasına vermişdi, sonradan məlum olmuşdu ki, ona məxsus olan mənzili nə az, nə çox, 6 nəfər başqa şəxsə də satmışdılar. Məhkəmədə də haqqı tanınmadı. Bu biçarə Azərbaycan ziyalısının hansı iztirab içində qaldığını təfsilatı ilə bilirdim. Onun işi ilə bağlı bizim də müraciətlərə əhəmiyyət verən olmadığını hər dəfə söylədyimdə insanlara həmişə etibarla yanaşan bu insanın halı tamamilə pisləşirdi. Axşam 6-7 nefər ailə üzvünün yaşadığı birotaqlı evinə getməyə belə xəcalət çəkirdi. Tikinti firması, müstəntiq, hakim, icraçı biri-digərinə məsələnin həllini ötürə-ötürə dəyərli br ziyalını çərlədib öldürdülər".
Deputat universitet müəlliminin başına açılan başqa bir hadisəni də nəql edib:
"Başqa bir ziyalı qonşumuz Əsgər müəllim vardı, Universitetdə müəllim idi, beləsinə kristal adam deyərdilər, bağını qanunsuz zəbt etdilər, yaşayış binasındakı evinə isə məcburi köçkün ailəsi yerləşdi və sonradan evləri olsa da, çıxmaq istəmədilər. Haqqını aramaq üçün döymədiyi qapı qalmadı, o da əsəbdən dünyasını dəyişdi.
Bu məsələni ona görə xatırladım ki, bu mövzuda yüzlərlə insandan şikayət eşitmişəm, müraciət almışam, ancaq problemlərinin həlli üçün maneələri aşa bilməmişəm. Onlarla mənzil məsələsinə görə zərərçəkmiş insanların ədalətsizliyə dözməyərək dünyasını dəyişməsindən özüm də narahat olmuşam. Hələ də təsəvvürə gətirə bilmirəm ki, necə olar bilər axı, bir tikinti şirkətiniin rəhbəri bir mənzili eyni vaxtda 3-5 adama satsın və rahatlıqla cəmiyyət içində əlini-qolunu sallayaraq gəzsin".
Deputat bildirir ki, bu, bir şəbəkə işidir, məsuliyyəti danışılmış şəkildə bir nəfərin boynuna qoyub, onun həbsxanada qalması üçün lazımi xərcləri öz boyunlarına çəkirlər, yenə də öz dələduzluq fəalyyətlərini başqa adlar altında davam etdirirlər:
"Adətən himayəçiləri də heç şübhəsiz ki, böyük vəzifə sahibləri olurlar. Mən bilən bu kateqoriyadan olan adamları Çində dərhal güllələyirlər. Yəni insan son ümidi olaraq yığdığı sərmayəni mənzil almağa yönəldir, sən də bir neçə adama eyni mənziili satıb pul qazanırsan, nəticədə minlərlə insanın həyatını zəhərə çevirirsən. Allahın cəzası mütləq bu binamusları haqlayacaq, ancaq cəmiyyətin də, hüquq sisteminin də bu məsələyə prinsipial münasiibət sərgiləməsi vacibdir".
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi