Generalın oğlu harada işləyir? - DİN-dən reaksiya

img

08-03-2017 [15:06]


Azərbaycan daxili işlər orqanlarında yeni təyinat olub.

Bu dəfə oğul atanın rəhbərlik etdiyi idarəyə şöbə müdiri gətirilib.

Belə ki, "İnterpol Azərbaycan” Milli Bürosunun sabiq rəisi, hazırda DİN-nin daxili nəzarət idarəsinə rəhbərlik edən polis general-mayoru Sahib Mirzəyevin oğlu Vüsal Mirzəyev atasının işlədiyi idarəyə şöbə müdiri təyin olunub.

Məsələ ilə əlaqədar "Qafqazinfo”nun sorğusunu cavablandıran DİN-nin mətbuat xidməti rəisinin müavini Orxan Mansurzadə bildirdi ki, general-mayor Sahib Mirzəyevin oğlu Vüsal Mirzəyevin daxili təhqiqatlar idarəsinə şöbə müdiri təyin olunmağı barədə yayılan məlumatlar əsassızdır.

O. Mansurzadənin sözlərinə görə, Vüsal Mirzəyev hazırda nazirliyin başqa bir baş idarəsində baş inspektor vəzifəsində çalışır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA