Misir Mərdanov Ramiz Mehdiyevin təhsillə bağlı dedikləri ilə tam razıdır

img

21-06-2010 [12:38]


Azərbaycanın Təhsil Nazirliyi Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil Komissiyasının sədri Ramiz Mehdiyevin qeyd etdiyi problemlərin mərhələli həllini həyata keçirəcək. Bu barədə təhsil naziri Misir Mərdanov məlumat verib. "Mən onun fikri ilə tam razıyam, biz mövcud problemlər barədə məlumatlandırıldıq və onların həlli üçün mərhələli şəkildə müvafiq işləri həyata keçirəcəyik", deyə nazir bildirib. Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil Komissiyasının sədri, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ali təhsil müəssisələrinin yeni maliyyələşmə mexanizminə dair müşavirədə rektorların diqqətini təhsillə bağlı bir neçə problemə cəlb edərək qeyd edib ki, Azərbaycan bu gün ən dinamik inkişaf edən ölkələrdən biri olmaqla, yüksəkixtisaslı mütəxəssislərə böyük ehtiyac duyur. Lakin dövlət qulluğuna qəbul olunmaq üçün verilən imtahanlar, eləcə də müvafiq şirkətlərin keçirdiyi sınaqlar ali məktəb məzunlarının heç də hamısının bilik səviyyəsinin günün tələblərinə cavab vermədiyini göstərir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA