Kişilərin pensiya yaşı 2, qadınların 5 il qaldırılacaq - Yeni qanun parlamentdə

img

07-03-2017 [14:24]


Parlamentin rəsmi saytında "Əmək pensiyaları haqqında” qanunda dəyişikliklər layihəsi çap olunub.

Mia.az novator-a istinadən xəbər verir ki, layihəyə əsasən, həm kişilərin, həm qadınların pensiya yaşı 65-ə qaldırılır.

Hazırda kişilər əmək pensiyasına 63, qadınlar 60 yaşda çıxır. Güzəştli şərtlərlə əmək pensiyası hüququnda da yeniliklər var: dövlət qulluqçuları, hərbi qulluqçular, prokurorlar və digər kateqoriyalar üzrə staj ili qaldırılır.

Qanuna minimal pensiya məbləği elementi daxil edilir. Pensiyanın hesablanması zamanı vətəndaşın almalı olduğu pensiyanın məbləği minimal pensiya məbləğini keçirsə, o zaman iş stajından asılı olmayaraq ona pensiya təyin ediləcək. Əks halda iş stajına baxılacaq. 

İşçinin 25 illik iş stajı varsa, ona minimal pensiya təyin olunacaq.

Hazırda minimal pensiya 110 manatdır.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA