Azərbaycanda 7 İslam kolleci təsis edilib - SİYAHI

img

07-03-2017 [13:21]


Azərbaycanda 7 yeni İslam kolleci Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçib.

Bunlar Heydər İslam Kolleci, Zaqatala İslam Kolleci, Gəncə İslam Kolleci, Lənkəran İslam Kolleci, Quba İslam Kolleci, Nardaran İslam Kolleci və Bibiheybət İslam Kollecidir.

Bundan başqa, bir müddət əvvəl qeydiyyatı ləğv olunan Şəbnəm qızlar mədrəsəsi, Zaqataladakı Əliabad mədrəsəsi və Şəki İslam mədrəsəsi də bu il mart ayının sonuna kimi kollec kimi qeydiyyatdan keçiriləcək.
Bundan sonra Qafqaz Müsəlmanları İdarəsi tərəfindən kolleclərin fəaliyyəti təşkil ediləcək.  

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA