07-03-2017 [12:54]
Nizami adına Ədəbiyyat İnstitutunda AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib.
AMEA-dan Mia.az-a verilən məlumata görə, akademik Akif Əlizadə iclası açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.
Məruzə dinlənildikdən və müzakirə olunduqdan sonra Rəyasət Heyəti müəyyən olunan perspektiv istiqamətləri bölmənin gələcək fəaliyyəti üçün əsas kimi qəbul edib.
Müəssisələrin elmi fəaliyyətinin səmərəliliyini yüksəltmək üçün ortaq mültidissiplinar proqram və layihələrin hazırlanması, elmi tədqiqatların əlaqələndirilməsi, gənc alimlərin beynəlxalq miqyaslı qrant müsabiqələrdə iştirakının təmin edilməsi, həmçinin perspektiv istiqamətlərdə magistratura və doktorantura üzrə kadr hazırlığının aparılmasına dair tapşırıqlar verilib.
Sonra Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin "AMEA-nın Naxçıvan Bölməsi üzrə elmi tədqiqatların vəziyyəti və inkişaf istiqamətləri” mövzusunda məruzəsi dinlənilib. Naxçıvanın tarixi, mədəniyyəti, ədəbiyyatı, folkloru, incəsənəti, təbii sərvətləri, flora və faunasının sistemli şəkildə öyrənildiyini bildirən akademik hesabat ilində bölmədə əldə olunan nailiyyətləri iclas iştirakçılarının diqqətinə çatdırıb. İsmayıl Hacıyev ötən il elmlə təhsilin inteqrasiyası, bölmənin beynəlxalq əməkdaşlığı, nəşriyyatçılıq fəaliyyəti, kadr hazırlığı və digər məsələlər haqqında məlumat verib.
İclasda AMEA-nın həqiqi və müxbir üzvlüyünə namizədlərin qeydə alınmasının nəticələri haqqında müzakirə aparılıb.
Məsələ ətrafında çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə seçkilərin keçirilməsi haqqında Rəyasət Heyətinin 7 dekabr 2016-cı il, 14 dekabr 2016-cı il və 18 yanvar 2017-ci il tarixli qərarlar qəbul etdiyini xatırladıb. Akademik sənədlərin qəbulu üzrə Komissiya tərəfindən namizədlərin siyahısının Rəyasət Heyətinə təqdim olunduğunu bildirib.
Rəyasət Heyəti namizədlərin siyahısının təsdiqi, AMEA-nın mətbu orqanında dərc edilməsi və digər tədbirlər haqqında qərar qəbul edib.
Gündəlikdə yer alan növbəti məsələ AMEA-nın Gəncə Bölməsində Yer fizikası şöbəsinin yaradılması haqqında olub.
Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov bildirib ki, Prezident İlham Əliyev qeyri-neft sektorunu, xüsusilə kənd təsərrüfatı və emal sənayesini ölkənin gələcək inkişafında əsas prioritet sahələr kimi göstərib. Akademik faydalı qazıntıların axtarışı və emalının elmi əsaslarının öyrənilməsi, yüksək texnologiyaların tətbiqinin qeyri-neft sənayesinin inkişafında mühüm tədbirlərdən olacağını qeyd edib.
Gəncənin faydalı qazıntıların yer aldığı və sənaye əhəmiyyətli bölgələrdən olduğunu deyən alim şəhərdə faydalı qazıntıların axtarışı, yüksək emal texnologiyalarının elmi əsaslarının hazırlanması və tətbiqi, geotermal suların öyrənilməsi üçün uyğun coğrafi şəraitin və elmi potensialın mövcud olduğunu diqqətə çatdırıb.
Rəyasət Heyəti qeyd olunanları nəzərə alaraq, Gəncə Bölməsində Yer fizikası şöbəsinin təşkili və əsasnaməsinin təsdiqi haqqında qərar qəbul edib.
İclasda Molekulyar Biologiya və Biotexnologiyalar, Torpaqşünaslıq və Aqrokimya institutlarının Elmi şuralarının tərkiblərinin təsdiqi, AMEA-nın müxbir üzvləri Vaqif Quliyevin 60 illik və Xəlil Qasımovun 75 illik yubileylərinin keçirilməsi haqqında qərarlar qəbul olunub.
Sonda bir sıra kadr məsələlərinə baxılıb.
Rəyasət Heyətinin qərarları ilə AMEA-nın müxbir üzvü Muxtar İmanov Folklor İnstitutunun, iqtisadiyyat üzrə elmlər doktoru Nazim İmanov İqtisadiyyat İnstitutunun direktorları vəzifələrinə təsdiq olunublar. Həmçinin biologiya üzrə fəlsəfə doktoru Durna Əliyeva Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun elmi katibi vəzifəsinə təyin edilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi