Yaxın üç gündə buludlu hava zəraiti üstünlük təzkil edəcək

img

21-06-2010 [11:55]


Bakıda və Abşeron yarımadasında bu gün az buludlu, yağmursuz hava olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, axşama doğru buludluluğun artacağı gözlənilir. Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gündüz 32-35?, axşam 25-27?, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 27-28? olacaq. İyunun 22-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Gündüz dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 23-25?, gündüz 29-31?, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 26-27? isti təşkil edəcək. İyunun 23-də dəyişkən buludlu, yağmursuz hava şəraiti davam edəcək. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-25?, gündüz 32-34? olacaq. İyunun 24-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-25?, gündüz 32-35? təçkil edəcək. Azərbaycanın rayonlarında sabah əsasən yağmursuz olacaq. Lakin gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dağlıq və dağətəyi ərazilərdə leysan xarakterli olacağı, qərb rayonlarında dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25?, gündüz 32-36?, dağlarda gecə 8-13?, gündüz 19-23? olacaq. İyunun 23-24-də gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Yağıntıların bəzi yerlərdə leysan xarakterli olacağı, qərb rayonlarında dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25?, gündüz 32-37?, dağlarda gecə 9-14?, gündüz 19-24?olacaq. Yaxın 3 gün ərzində Abşeron yarımadasında biometeoroloji amillərin norma daxilində mülayim tərəddüdləri gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA