Azərbaycan daha iki növ pilotsuz uçuş aparatı istehsal edəcək - Hökumətin hesabatı

img

06-03-2017 [16:03]


"Zərbə” pilotsuz uçuş aparatının sınaqları uğurla başa çatdırılıb və istehsalına başlanılıb. 2017-ci ildə daha 2 növ pilotsuz uçuş aparatının istehsalı planlaşdırılır.

 APA-nın xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatda bildirilir.
 
"Artıq müəssisələrdə istehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların və onların ehtiyat hissələrinin çeşidlərinin sayı 1100-ə çatıb. 2016-cı ildə bağlanmış müqavilələr üzrə güc strukturlarına təhvil verilmiş məmulatlardan müxtəlif çaplı minaatanlar və onlar üçün atəş yığımlarını, 5,45 mm-lik avtomatı, 7,62 mm-lik universal pulemyotu, xüsusi təyinatlı snayper tüfəngini, "Matador” və "Marauder” tipli zirehli transportyorları, 30 mm-lik avtomatik qumbaraatan kompleksini, ZU-23-2 zenit qurğusu üçün nişangahı, müxtəlif çaplı patronları, PG-7V tipli qumbaranı, təlim üçün aviasiya bombalarını, 2 növ Orbiter tipli Pilotsuz Uçuş Aparatlarını və s. göstərmək olar”, - deyə hesabatda qeyd olunur. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA