İcra başçısı müavininin əri sərxoş halda qəza törətdi - Fotolar

img

05-03-2017 [10:24]


Bu gün axşam saatlarında Neftçala şəhəri Nizami küçəsindəki lombardın qarşısında dayanmış 90-SK-242 dövlət nömrə nişanlı,r ayon sakini Abasqulu Hümmətova məxsus "VAZ 21011” markalı avtomaşına arxadan "Kia Sportages” markalı avtomaşın çırpılıb.

Mia.az virtualaz.org-a istinadən verdiyi məlumata görə, qəza nəticəsində "011”ə xeyli ziyan dəysə də, "Kia Sportages” markalı avtomaşın qəza yerində dayanmayaraq uzaqlaşıb.

Sonradan hadisə yerinə gəlmiş yol polisi əməkdaşları tərəfindən qəza yerində düşmüş 99-XA-599 dövlət nömrə nişanına əsasən müəyyən olunub ki, həmin avtomaşın Neftçala rayon sakini Abı Sadıqova məxsusdur. Abı Sadıqov avtomaşını sərxoş vəziyyətdə idarə edirmiş.

Qeyd edək ki, qəza törətmiş şəxs Neftçala rayon icra başçısının ictimai siyasi və humanitar məsələlər üzrə müavini Gültəkin Sadıqovanın həyat yoldaşıdır.

Faktla bağlı Neftçala Rayon Polis şöbəsində araşdırmalara başlanılıb.

İcra başçısı müavininin əri sərxoş halda qəza törətdi -  Fotolar
İcra başçısı müavininin əri sərxoş halda qəza törətdi -  Fotolar
İcra başçısı müavininin əri sərxoş halda qəza törətdi -  Fotolar


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA