Ombudsmanların beynəlxalq konfransında Bakı bəyannaməsi qəbul edilib

img

19-06-2010 [06:50]


İyunun 19-da Azərbaycanda İnsan Hüquqları Günü və ?Ekologiya ili? münasibətilə ?İnsan hüquqları və ətraf mühit: iqlim dəyişmələrinin hüquqi və etik aspektləri? mövzusunda Ombudsmanların VIII Bakı Beynəlxalq konfransı basa catmışdır. Konfransda Bakı bəyannaməsi qəbul edilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bəyannamədə ekoloji tarazlığın pozulması ilə bağlı insanı mümkün təhlükələrdən qoruyan yeni nəsil hüquqların (ekoloji hüquqlar toplusunun) formalaşması və təbliği, ekoloji hüquqların müdafiəsi sahəsində effektiv milli qanunvericilik aktlarının qəbul edilməsi, ekoloji hüquqların səmərəli müdafiəsi məqsədi ilə dövlət qurumları, vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın inkişaf etdirilməsi, hərbi münaqişələr və konfliktlərin qarşısının alınması, onların dinc yolla həll olunması üçün proqramların hazırlanması və digər problemlərin həlli məsələləri əks olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA