04-03-2017 [12:33]
"Ötən ay Zığ sürüşmə sahəsi aktivləşib, torpaq və divarlarda çatların ölçüsündə 0,8-1,0 sm genişlənmə baş verib. Masazır qəsəbəsi, Mirzə İbrahimov küçəsi boyunca isə uçqun prosesinin dinamikasında nisbi aktivlik qeydə alınıb”.
Mia.az xəbər verir ki, bunu apa-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
O bildirib ki, fevral ayında Astara rayonunda Kijəbə sürüşmə sahəsində atmosfer yağıntılarının təsirindən çatların ölçülərində artım olub, Deqədi-Pəlikeş avtomobil yolunun 5, 7, 8 və 10-cu km-də mövcud uçqun və sürüşmə sahələrində aktivlik qeydə alınıb və eynilə də yolboyu yeni lokal oturma (çökmə) sahələri əmələ gəlib: "Astarada Burcubənd sürüşmə sahəsində olan çatların ölçülərində artım qeydə alınıb və bir neçə yerdə yeni lokal sahədə çökmə sahələri yaranıb. Rayonun Motlayataq və Miki sürüşmə sahələrində də aktivlik baş verib. Lerikdə Veri-Əliabad sürüşmə sahəsində mövcud olan çatların ölçülərində qismən artım olub. Lənkəran-Lerik yolunun 17-19, 27-29 və 45-47-ci km-dəki sürüşmə sahələrində aktivlik qeydə alınıb. Lənkəranda Horavenç sürüşmə sahəsində ay ərzində aktivləşmə müşahidə olunub. Lənkəranın Gəgiran sürüşmə sahəsində atmosfer çöküntülərinin təsirindən sahədə aktivlik baş verib və bir neçə yerdə uçqun tipli sürüşmə sahəsi yaranıb. Masallıda Zuvand sürüşmə sahəsində atmosfer yağıntılarının təsirindən aktivlik qeydə alınıb. Cəlilabadda Sadatlı sürüşmə sahəsinin dinamikasında aktivlik müşahidə olunub. Habelə Cəlilabad-Cəngan-Soltankənd avtomobil yolunun 17-ci km-də mövcud sürüşmə sahəsinin parametrlərində artım qeydə alınıb”.
Ə. Qaralovun sözlərinə görə, Gədəbəydə Daşbulaqçayın sağ sahilində yerləşən yüksək maililiyə malik Pirdağ sürüşmə sahəsində nisbi aktivlik müşahidə olunub: "Gədəbəydə Arıqıran sürüşmə sahəsi də aktivləşib”.
Ekspedisiya rəisi qeyd edib ki, Xızı-Altıağac avtomobil yolunun 1-ci km-i sürüşmə sahəsində atmosfer yağıntılarının təsirindən çatların ölçülərində artım olub, eyni zamanda Xızı-Altıağac avtomobil yolunun 11-15-ci km-liyi sürüşmə sahəsinin parametrlərində nisbi artım qeydə alınıb: "Siyəzəndə Sədan, Şabranda Baş Əmirxanlı sürüşmə sahələrində aktivlik müşahidə olunub. Şabranda son günlər aramsız atmosfer yağıntıları Qazbabalı sürüşmə sahəsində prosesinin aktivləşməsinə səbəb olub və rayonu kəndlə birləşdirən yol sürüşmə nəticəsində dağılaraq sıradan çıxıb. Quba – Xınalıq avtomobil yolunun 37-46-cı km-də sürüşmə sahəsində müşahidə reperlərinin üzərində nisbi hərəkət müşahidə olunub. Ərazidə bir yerdə uçqun-töküntü prosesi baş verib. Quba-Qonaqkənd avtomobil yolunun 37-40-cı km-də sürüşmə sahəsində nisbi aktivləşmə qeydə alınıb. Qusar –Sudur avtomobil yolunun 37-ci km-də sürüşmə sahəsində yerləşdirilmiş müşahidə reperlərində dəyişiklik baş verib, atmosfer çöküntülərinin təsirindən sürüşmə sahəsinin dinamikasında nisbi aktivlik müşahidə olunur. Qobustanda Poladlı sürüşmə sahəsinin parametrlərində isə artım baş verib”.
Ə. Qaralov əlavə edib ki, Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci km-də sürüşmə sahəsinin bir neçə yerində uçqun-töküntü axma tipli sürüşmə hadisəsi qeydə alınıb, sürüşmə sahəsi üzərində olan çatların parametrlərində artım olub: "Şamaxının Muğanlı, Mədrəsə, Meysəri Saqiyan, Qaravəlli, Muğanlı, Cabanı və Dədəgünəş sürüşmə sahələri aktivləşib. Bakı-Ağsu magistral avtomobil yolunun 132-156-cı km-də sürüşmə sahəsində də proses aktivləşib və nəticədə uçqun-töküntü hadisələri qeydə alınıb. Ərazidə bir neçə yerdə yeni lokal sürüşmə sahələri əmələ gəlib. Ağsuda Sanqalan sürüşmə sahəsində nisbi aktiv vəziyyət müşahidə olunub. Muğanlı-İsmayıllı avtomobil yolunun 2-11, 23-24 və 27-29-cu km-də sürüşmə sahələrində yol boyu ağır tonnajlı avtomobillərin hərəkəti və atmosfer yağıntılarının təsiri nəticəsində aktivlik qalmaqdadır.
İsmayıllıda Zərnəva sürüşmə sahəsində qrunt sularının təsirindən sürüşmə sahəsində aktivləşmə müşahidə olunub. Rayonun Basqal-Sulut avtomobil yolunun 10-cu km-liyidə, İstisu və Sədiyan sürüşmə sahələrində aktivlik qeydə alınıb”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi