04-03-2017 [11:58]
"Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov "Yeni Müsavat”a müsahibə verib.
-Saleh müəllim, son günlər rəhbərlik etdiyiniz təşkilatın adı mətbuatda hallanmağa başlayıb...
- Daha doğrusu, hallandırdılar. Yaxşı işimizi görmürlər, nöqsanı dərhal yazıb hallandırırlar.
- Mikayıl Müşfiqin abidəsi ilə bağlı baş vermiş qalmaqalla bağlı sizin mövqeyini öyrənmək istəyirik.
- Səhv etmişik, yanlışa yol vermişik. Bu işdə günahı olan şəxslər cəzalandırılıb. Tezliklə görkəmli şairimizin abidəsi yenidən ucaldılacaq. Həmin yerdən 5-6 metr arxa tərəfə qoyulacaq. Gözəl də bir abidə olacaq. Yəqin ki, mart ayının 20-25-nə kimi bu işi yekunlaşdıracağıq. Əslində eyni abidədi, sadəcə, yerini bir az dəyişdirmişik, ətrafı da çox gözəl olacaq.
- Siz o abidəni şifahi xəbərdarlıq edib götürmüsüz. Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də dedi.
- Burada anlaşılmazlıq oldu. Açığı, elə bildik ki, paytaxtdakı parklar, abidələr Bakı Şəhər İcra Hakimiyyətinin balansındadır. Ona görə də məktubla ora müraciət etdik.
- Bəs BŞİH-dən sizə deyilmədi ki, bu işlərə onlar baxmır?
- Məktub göndərdik, cavab vermədilər. Biz də iş yubanmasın deyə işə başladıq. Bəzən məktub göndəririk, aylarla cavab gəlmir. İş də getməlidi axı. Əslində orda işi görən təşkilat tələskənlik edib.
- Orda iş görən "Azəravtoyol” ASC-nin idarəsidir?
- Bəli. "Azəravtoyol”un 8 saylı idarəsidi.
- Şəxsən sizə ölkə rəhbərliyi tərəfindən hər hansı irad bildirildimi?
- Bəli, bildirilib. Cənab prezident göstəriş verdi ki, bu işdə səhlənkarlığa yol vermiş adamlar cəzalandırılsınlar.
- Neçə nəfər cəzalandırıldı, Saleh müəllim? Cəzalar nədən ibarət oldu?
- Deməli, həmin təşkilatın idarə rəisi, baş mühəndisi, iş icraçısı.
- İşdən çıxarıldılar, yoxsa töhmət verildi?
- Xəbərdarlıq, şiddətli töhmət və işdən çıxarılma. Cəza bu şəkildə oldu. Sahə rəisi işdən çıxarıldı, baş mühəndisə şiddətli töhmət verilib, idarə rəisinə xəbərdarlıq edilib.
- Sizə hər hansı formada xəbərdarlıq oldumu?
- Siz bunda maraqlısınız ki, mənə xəbərdarlıq olsun?
- Yox, qətiyyən. Mən jurnalist kimi sual verirəm.
- Bizim üçün ən böyük cəza el qınağıdı. Mətbuat bizim bu səhlənkarlığımızı yazdı, el də bizi qınadı. Bundan böyük cəza var?
- Saleh müəllim, bugünlərdə xəbər yayıldı ki, "Azəravtoyol” ASC "Azərbaycan Dəmir Yolları” QSC ilə birləşdirilir.
- Avtomobil yolunun dəmir yolu ilə birləşdirilməsi necə ola bilər axı? Bir də ki, bu cür məsələlərə ölkə başçısı qərar verir, kiminsə fikri ilə bu işlər olmaz. Kimin nə deməyindən asılı olmayaraq, biz öz işimizi görürük. Ölkə üçün gözəl yollar çəkirik.
- Yol çəkilişlərində vəziyyət necədir? Hansı iri layihələr var?
- "Azəravtoyol”un İstismar və Tikinti Baş İdarəsində 2017-ci ildə görəcəyimiz iş planı və qrafiki var. Lazım olsa, müraciət edin, sizə o qrafiki versinlər. Uzun qrafikdi, telefonla demək mümkün olmaz. Orda harda hansı işlər görüləcək, dəqiqliyi ilə göstərilib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi