03-03-2017 [20:33]
Bu günlərdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistan səfərindən dönərkən, təyyarədə jurnalistlərin suallarını cavablandırıb.
Prezident türk ordusunun Menbiçə hərbi əməliyyat hazırlığı içində olduğunu söyləyib. Əl-Bab qəsəbəsinin azad olunmasından sonra istiqamətin Menbiç olduğunu deyən Ərdoğan, o ərazini PYD terrorçularından təmizləyəcəklərini bildirib.
Lakin problem ondadır ki, Menbiç şəhərinə nəzarət hazırda ABŞ-ın dəstək verdiyi, terrorçu təşkilat olaraq bilinən PYD-nin əlindədir. Və amerikalı əsgərlər həmin şəhərdə PYD-li terrorçulara döyüş təlimləri keçirlər. Belə olan zaman sual yaranır: Əgər türk ordusu ərazidə əməliyyat başlatsa, Amerika əsgərləri ilə qarşılaşma ehtimalı varmı?
Əgər belə bir hadisə baş verərsə, region və dünya üçün hansı nəticələri ola bilər?
Mia.az xəbər verir ki, bu barədə "Sputnik Azərbaycan"a türkiyəli politoloq Yılmaz Altunsoy açıqlama verib:

"ABŞ özünün ənənəvi müttəfiqi olan Türkiyəni terrorçulara dəyişməz. Türk ordusu ilə Amerika ordusunun Menbiçdə üz-üzə gəlməyəcəyini, nəticədə ağılın üstün gələcəyini düşünürəm. Amerikanın terrorçu PYD-ni əzəli müttəfiqi Türkiyədən üstün tutacağını zənn etmirəm".
Bununla belə, Altunsoy bildirib ki, türk ordusunun başlatdığı "Fərat Qalxanı" əməliyyatı Türkiyənin təhlükəsizliyi, hüzuru və istiqlalı üçün son dərəcə önəmlidir:
"Bu səbəbdən, nəticəsi nə olur-olsun, hərbi əməliyyata davam ediləcək. Əks halda Türkiyənin bu coğrafiyada varlığı təhlükə altına girəcək. Mən Donald Tramp rəhbərliyindəki Amerikanın Türkiyə ilə birbaşa savaşa girəcəyini fikirləşmirəm. Belə bir şey olsa, Allah qorusun, 3-cü dünya müharibəsinin barıtına kibrit çaxılmış olacaq".
Rusiya ilə Türkiyənin birgə səyi ilə Suriyada imzalanan atəşkəsin istənilən nəticəni verməməsini isə həmsöhbətimiz belə şərh edib:
"15 iyul hərbi çevriliş cəhdindən sonra Türkiyənin Rusiya ilə yaxınlaşması və bu yaxınlıq sayəsində Suriyada atəşkəs elan olunması Qərbi çox narahat etdi. Əgər fikir verirsinizsə, Astanadakı "Suriya konfransı"ndan dərhal sonra, Almaniya və Britaniyanın baş nazirləri Ankaraya gəldilər. ABŞ-ın yeni prezidenti Donald Tramp ilk ölkə xarici səfərlərindən birini Türkiyəyə gerçəkləşdirəcək.
Qərb bloku heç bir halda Türkiyənin Rusiyaya tərəf meyllənməsinə, beynəlxalq güc tarazlığında özlərinin geridə qalmasına imkan vermək istəmir. Mövcud vəziyyət səbəbindən Türkiyə balanslı siyasət aparır. Həm Amerika, həm də Rusiya ilə eyni məsafə saxlamaqda qərarlıdır. Moskva isə Ankaranın tam olaraq onun yanında yer almasını, NATO-dan çıxmasını, Qərbdən uzaqlaşmasını, mədəniyyətlərarası savaşda Rusiya ilə birgə hərəkət etməsini istəyir".
Müsahibizin fikrincə, Türkiyə Rusiya ilə taktiki əməkdaşlığı davam etdirməlidir:
"Strateji olaraq biz Rusiyaya tam arxa çevirə bilmərik. Son iki yüz illik tariximizə baxdığımız zaman görürük ki, bu dövlətlə ancaq savaşmışıq. Artıq hər iki tərəf də bunun təkrarlanmasını istəmir.
Hazırda Suriyada "canavarlar süfrəsidir" və orada balans savaşı gedir. Türkiyə isə tərəzinin tam ortasında durur. Hər kəs Türkiyəni qazanmağa çalışır. Qazana bilməyəcəyini anlayan da bir şəkildə ölkəmizə qarşı cəbhə alacaq".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi