Ədliyyə naziri Fikrət Məmmədov Fransa səfiri ilə görüzüb

img

19-06-2010 [12:19]


Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qabriel Keller iyunun 18-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşüb. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Fikrət Məmmədov səfir Azərbaycanda ədliyyə və məhkəmə fəaliyyətinin müasirləşdirilməsi üzrə islahatlar, hakimlərin seçilməsi və tədrisi barədə məlumat verib, 2004-cü ildə iki ölkənin ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında sazişin imzalandığını qeyd edib. Qabriel Keller ölkələrimiz arasında hüquqi sahədə əməkdaşlığın, o cümlədən ədliyyə orqanları arasında əlaqələrin dərinləşdirilməsi üçün geniş imkanların olduğunu söyləyib. Fransa səfiri yeni yaradılmış Ədliyyə Akademiyasının fəaliyyətinə xüsusi önəm verib və bu sahədə Fransa Milli Hakimlər Məktəbi ilə qarşılıqlı münasibətlərin və təcrübə mübadiləsinin hər iki tərəf üçün əhəmiyyətini vurğulayıb. Görüşdə məhkəmə qərarlarının icrası, Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi, xüsusi notariusların fəaliyyətinin və inzibati ədliyyənin təşkilinə dair səmərəli fikir mübadiləsi aparılıb, konkret məsələlər üzrə razılıq əldə edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA