Son beş gündə düşmən 30 nəfərə yaxın itki verib - Müdafiə Nazirliyindən rəsmi açıqlama

img

03-03-2017 [18:54]


"Uzun sürən sükutdan sonra Ermənistan Müdafiə Nazirliyi nəhayət ki, guya fevralın 28-də mühəndis işləri aparılarkən partladıcının detonasiya etməsi nəticəsində hərbi qulluqçularının yaralanması və onların Yerevandakı hərbi hospitala yerləşdirilməsi barədə qısa, heç bir rəqəm açıqlamadan bəsit məlumat yayıb".

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən mia.az-a verilən məlumatda bildirilib ki, cəbhədəki real vəziyyətdən tamamilə uzaq, bu cür qeyri-obyektiv xəbərlər verməklə Ermənistanın hərbi qurumu ictimaiyyətin qəzəbindən yaxasını qurtarmağa cəhd göstərir.

Məlumata görə, fevralın 25-dən martın 2-si tarixi də daxil olmaqla Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, qoşunlarımız tərəfindən müxtəlif istiqamətlərdə düşmənə qarşı görülən cavab tədbirləri nəticəsində qarşı tərəfin itkiləri ölən və yaralananlarla birlikdə 30 nəfərə yaxındır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA