Ermənistanda hərbi döyüş mövqeyində partlayış: Yaralılar var

img

03-03-2017 [18:32]


Partlayıcı qurğunun işə düşməsi nəticəsində Ermənistan ordusunun hərbi qulluqçuları xəsarət alıblar.

APA-nın "news.am” saytına istinadən verdiyi məlumata görə, hadisə fevralın 28-də döyüş mövqeyində mühəndis işləri aparılarkən baş verib.

Müxtəlif dərəcəli xəsarətlər alan müddətli hərbi qulluqçular Ermənistan Müdafiə Nazirliyinin xəstəxanasına yerləşdirilib. Onların sayı açıqlanmır.

Ermənistan İstintaq Komitəsi hadisə ilə bağlı hərbi qulluğa səhlənkar yanaşma maddəsi ilə cinayət işi açıb.

*** 

Döyüş mövqeyində partlayıcı qurğunun işə düşməsi nəticəsində yaralanan Ermənistan ordusunun hərbi qulluqçularının kimliyi məlum olub.

Mühəndis işləri zamanı xəsarət alan müddətli hərbi qulluqçu Narek Qriqoryanın vəziyyəti çox ağır, Perç Qabrielyan və Erik Saakyanın vəziyyəti isə ağır kimi qiymətləndirilir.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA