03-03-2017 [17:47]
Bu gün Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib.
Şuradan Mia.az-a verilən məlumata görə, iclasın gündəliyində duran birinci məsələ Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində düşmən təxribatının qarşısının alınması ilə bağlı vəziyyətin mediada işıqlandırılması olub.
Mətbuat Şurasının monitorinqi zamanı müəyyən olunub ki, fəaliyyət aktivliyi sırf cəbhə xəttində baş verən proseslərə köklənmiş internet media resursları var:
"Onlar bir çox halda yaydığı materialın məzmununa uyğun olmayan sərlövhələrlə diqqəti özlərinə çəkməyə çalışır. Belə saytlar eyni zamanda rəsmi mənbələrə istinad etmir, yalan, həqiqətə uyğun gəlməyən məsələləri də qabardaraq cəmiyyətdə çaşqınlar yaradır".
İclasda belə spekulyativ yol tutanlara qarşı hüquqi ölçünün götürülməsinin zəruriliyi vurğulanıb. Toplanmış materialların müvafiq qurumlara göndərilməsi təqdir olunub.
İclasda o da bildirilib ki, cəbhə xəttindəki vəziyyətin cəmiyyətdə, eləcə də mediada hər hansı neqativ meylləri doğurmaması üçün əlaqədar dövlət orqanları daha çevik fəaliyyət göstərməli, informasiya boşluğunun yaranmasına heç bir halda imkan verməməlidirlər:
"Təcrübə göstərir ki, gərgin durumlarda yaşanan informasiya durğunluğundan düşmən qüvvələr maksimum istifadə edir. Bu proses yalnız medianı deyil, daha geniş auditoriyaya malik sosial şəbəkələri də əhatə edir. Ona görə də Müdafiə Nazirliyi daha aktiv olmalı, quruma da ictimaiyyət tərəfindən dəstək göstərilməlidir".
İclasda bu kimi məsələlərlə əlaqədar MN rəhbərliyi ilə KİV rəhbərlərinin görüşün təşkilinin zəruriliyindən söz açılıb.
MŞ İdarə Heyətinin iclasının gündəliyində duran ikinci məsələ «İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında» və «Telekommunikasiya haqqında» Azərbaycan Respublikası Qanunlarına təklif olunan dəyişikliklərlərlə bağlı olub. Bildirilib ki, hər iki layihə ölkəmizin hüquqi münasibətlər sisteminə yeni anlayışların gətirilməsi baxımından önəmlidir. Bu anlayışları vacib edən cəhət onların praktik vəziyyətə adekvatlığıdır. Çünki internet məkanda tənzimləmələrin aparılması məsuliyyət hissinin artırılması, neqativ halların və sui-istifadə meyllərinin aradan qaldırılmasının təminatıdır.
İclasda müzakirə edilən üçüncü məsələ Şuranın «reket jurnalistika»ya qarşı mübarizə tədbirləri olub. Məlumat verilib ki, 2016-cı ildə Mətbuat Şurasının "qara siyahı”sına ümumilikdə 10 KİV-in adı daxil edilib. Bunlardan 3-ü saytdır. Adı əvvəlki illərdə "qara siyahı”ya daxil edilmiş 2 qəzetin onlayn versiyası kimi fəaliyyət göstərən 2 xəbər saytı da qeyd edilməlidir. Beləliklə Şuranın ötən il qəbul etdiyi 44 qərardan 10-u cavabdeh KİV-in adının "qara siyahı”ya salınmasını nəzərdə tutur.
2017-ci ildə «reket jurnalistika»ya qarşı mübarizənin gücləndirilməsi tədbirləri önə çəkilərkən peşə etikasına etinasız yanaşanların fəaliyyətlərini internet məkana daşıdıqları vurğulanıb. Bildirilib ki, ötən il Şuraya şikayətlərin 66.7 faizi internet üzərindən yayımlanan KİV-lərin fəaliyyətindən olub. Bu göstəricinin 51,9 faizi internet xəbər saytlarına, 14,8 faizi informasiya agentliklərinə məxsusdur. Çıxarılan 44 qərarın 30-u da məhz onlarla bağlıdır.
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR