Müdafiə Nazirliyi "Bizim yol"u məhkəməyə verib

img

19-06-2010 [11:20]


Müdafiə Nazirliyi "Bizim Yol" qəzetinin 18 iyun tarixli sayında dərc olunmuş "Hərbçilər arasındakı atışmada 7 nəfər ölüb" başlıqlı yazıya görə məhkəməyə müraciət edib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, heç bir əsası olmayan, iftira dolu həmin yazıda bildirilir ki, guya Füzuli rayonu istiqamətində yerləşən hərbi hissədə "növbəti türkürpədici qətliam baş verib və 7 hərbi qulluqçu qətlə yetirilib". "Bununla da cəbhə xəttində gecə-gündüz keşik çəkən əsgər və zabit heyətinin şərəfinə zərbə vurmağa, Azərbaycan Ordusuna böhtan atmağa cəhd edilib", deyə nazirliyin məlumatında bildirilir. Müdafiə Nazirliyi məhkəmədə qəzetdən dərc etdiyi məlumatın sübutunu tələb edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA