İcra başçısına yeni müavin təyin edildi - Xətai İcra Hakimiyyətində dəyişiklik + FOTO

img

03-03-2017 [14:40]


Xətai rayon İcra Hakimiyyəti başçısına yeni müavin təyin olunub.

"Report"un məlumatına görə, bu vəzifəyə Əzizov Teymur Məmməd oğlu təyinat alıb. 

O, əvvəllər İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki, Xətai rayon İcra Hakimiyyəti başçısının müavini Zaməddin Əkbərov vəzifəsindən azad olunub. O, dövlət qulluğunda olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA