Ramil Usubov nöqsanlara görə rəisi işdən qovdu - Vəzifəsini hakim oğluna tapşırdı

img

03-03-2017 [11:50]


Bakıda polis bölmələrindən birinin rəisi işdən çıxarılıb.

Mia.az report-a istinadən xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Ceyhun Hüseynov işində verdiyi ciddi nöqsanlara görə vəzifəsindən azad olunub.

O, daxili işlər orqanlarında sərəncama götürülüb. Bölmə rəisinin vəzifəsinin icrası müvəqqəti olaraq rəis müavini polis mayoru Bəhruz Əliyevə tapşırılıb.

Bəhruz Əliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rauf Əliyevin oğludur.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA