Köçkünlər iki aylıq "çörəkpulunu" bayramdan əvvəl alacaqlar - Komitə sədri

img

03-03-2017 [11:16]


"Biz məcburi köçkünlərin adlı siyahılarını artıq toplamışıq. Sabah Dövlət Komitəsində müşavirə keçirib, siyahılara baxacağam".

Bunu baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.

Ə. Həsənov deyib ki, məcburi köçkünlərin müavinətləri Novruz bayramından əvvəl fevral və mart ayları bir yerdə veriləcək: 

"Sayğac, qaz olmayan yerlər artıq dəqiqləşdirilib. 520 min adlı siyahı var, dəqiqləşdirmə mütəmadi olaraq aparılacaq. Hər ay dəqiqləşmə aparılacaq. Ola bilər ki, 3-5 yanlış düşüb, nəzərə alınacaq. Müraciət obyektivdirsə, mütləq nəzərə alınacaq".

Baş nazirin müavini bildirib ki, qaz olmayan yerlərdə ödəniş əvvəlki qaydada aparılacaq, Dövlət Komitəsi tərəfindən ödəniləcək: "Qaz olan yerlərdə isə məcburi köçkünlər adambaşına 36 manat alıb, özləri ödəniş edəcəklər".

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA