Azərbaycan Dillər Universitetində Norveç səfiri ilə görüz keçirilib

img

18-06-2010 [05:45]


Azərbaycan Dillər Universitetinin (ADU)-nun Skandinaviya mərkəzində Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin Skandinaviyaşünaslıq ixtisası üzrə təhsil alan 4-cü kurs tələbələrinin Norveç səfiri Jon Ramberqlə vida görüşü keçirilib. ADU-nun mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Norveçin Azərbaycandakı səfirliyinin əməkdaşı Line Kristin Haug, ADU-nun Tədris işləri üzrə prorektoru Natiq Yusifov, Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova, layihə rəhbəri Vibeke Roggen, universitietin Skandinaviya mərkəzinin direktoru Vüsalə Əfəndiyeva, Norveçli müəllimlər Heidi Berg və Helene Guldbrandsen iştirak edirdilər. Səfir tələbələrə və müəllimələrə öz təşəkkürünü bildirib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Beynəlxalq əlaqələr üzrə prorektor Jalə Qəribova ADU-nun rektoru, professor Səməd Seyidovun təşəkkürlərini səfirə çatdırıb və rektor adından təşəkkürnəməni səfirə təqdim edib. Vibeke Roggen və Heidi Berg tələbələri təbrik etdikdən sonra öz hədiyyələrini tələbələrə təqdim etdilər. Tələbələr Norveç səfirliyinin onlara göstərdiyi dəstəyə görə öz minnətdarlıqlarını bildirdilər. Qeyd edək ki, səfir Jon Ramberqin Azərbaycanda səlahiyyyət müddəti bitmək üzrədir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA