Prezident gömrük və rüsumlarla bağlı dəyişiklik etdi - Rüsumlar təsdiqləndi(Cədvəl)

img

02-03-2017 [19:45]


Azərbaycan prezidenti İlham Əliyev "Gömrük tarifi haqqında” qanunda dəyişikliklər edilməsi qanun imzalayıb.

Mia.az xəbər verir ki, "Gömrük tarifi haqqında” qanunda 6.2-ci, 6.3-cü və 6.4-cü maddələr aşağıdakı redaksiyada verilib:

"6.2. Xüsusi rüsumlar malın gömrük ərazisinə idxalının artmış həcmi və şərtləri yerli istehsal sahəsinə ciddi zərər vurduqda və ya ciddi zərər vurmaq təhlükəsi yaratdıqda tətbiq edilir.

6.3. Antidempinq rüsumları malın normal dəyərindən aşağı qiymətə gömrük ərazisinə idxal edilməsi yerli istehsal sahəsinə maddi zərər vurduqda, yerli istehsal sahəsinə maddi zərər vurmaq təhlükəsi yaratdıqda və ya yerli istehsal sahəsinin yaradılmasının mühüm dərəcədə ləngiməsinə səbəb olduqda tətbiq edilir.

6.4. Kompensasiya rüsumları istehsalı, ixracı və ya daşınması zamanı xarici dövlətin spesifik subsidiyasının istifadə olunduğu malın gömrük ərazisinə idxalı yerli istehsal sahəsinə maddi zərər vurduqda, yerli istehsal sahəsinə maddi zərər vurmaq təhlükəsi yaratdıqda və ya yerli istehsal sahəsinin yaradılmasının mühüm dərəcədə ləngiməsinə səbəb olduqda tətbiq edilir.”.

6.5-ci maddədə isə "müvafiq qanunla” sözləri "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə” sözləri ilə əvəz edilib.

*** 

Azərbaycan prezidenti İlham Əliyev "Dövlət rüsumu haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun imzalayıb.

Dəyişikliyə əsasən, Qanuna 25-2-ci maddə əlavə edilib:

"Maddə 25-2. Daşınar əşyanın ipotekasının dövlət qeydiyyatına alınmasıüçün tutulan dövlət rüsumunun dərəcəsi

Dövlət rüsumu tutulmalı olan hərəkətlər

Dövlət rüsumunun məbləği

”.

1

2

Daşınar əşyanın ipotekasının dövlət qeydiyyatına və əlavə dövlət qeydiyyatına alınması üçün

10 manat

Qanunun 26.4-cü maddəsində "təkrar və əlavə qeydiyyatı, girovun əlavə qeydiyyata” sözləri "əlavə dövlət qeydiyyatına, girovun əlavə dövlət qeydiyyatına” sözləri ilə əvəz edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA