02-03-2017 [13:06]
"İstər separatçı Dağlıq Qarabağ rejimi, istərsə də Ermənistanın Müdafiə Nazirliyi çox çaşqın vəziyyətdədir. Özləri özlərini gülünc vəziyyətə qoyublar. Elan edirlər ki, Azərbaycan Ordusunun artilleriya zərbəsi nəticəsində guya onların 1 əsgəri ölüb”.
Bunu apa-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərovdeyib.
Ü.Cəfərov bildirib ki, Azərbaycan Müdafiə Nazirliyinin ermənilərə çox sərt xəbərdarlıq etməsinə baxmayaraq, onlar yenə də cəbhədə vəziyyəti gərginləşdirməyə davam edirlər: "Cavab addımı kimi düşmənin qərargahı vurulub, ermənilərin itkiləri var. Müdafiə Nazirliyinin bu gün yaydığı videogörüntüdə açıq görünür ki, zərbə dəqiq endirilib. Oradakıların sağ qalma şansı yoxdur. Ermənilər isə itkilərinin olması barədə məlumatı gizlədirlər. Ermənilər üçün itkilərini gizlətmək çox rahatdır. Həm Dağlıq Qarabağ Ermənistan paytaxtından uzaqdır, həm də orada hər hansı video və fotonun yayılmasına icazə verilmir”.
Ü.Cəfərovun sözlərinə görə, ermənilər təmas xəttinin ön sıralarında Suriya, Livan, hətta Rusiya ermənilərinin xidmətindən istifadə edir: "Ermənilər özləri bunu rəsmən etiraf ediblər. Suriyadan qaçıb gələn, iş-gücü olmayanlar ordu sıralarındadır. Müdafiə Nazirliyimiz düşmənlə bağlı ən xırda məlumatlara belə malikdir. Ermənilər bilməlidir ki, fevralda şəhid olan hərbi qulluqçularımızın qanı yerdə qalmayacaq. Bunun ardı gələcək və bu ermənilərə baha başa gələcək”.
Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Şair Ramaldanov da apa-ya açıqlamasında deyib ki, ermənilər cəbhədə itkilərini daim gizlədib: "Ermənistan cəmiyyəti cəbhədə baş verənlərə görə narahatdır. Buna görə də Ermənistan hakimiyyəti itkiləri gizlədir. Çünki Ermənistan cəmiyyəti onların əsgərlərini Azərbaycan Ordusunun qarşısında hansı taleyi gözlədiyini yaxşı bilirlər. Digər tərəfdən, Sarkisyan hakimiyyəti öz çirkin əməllərindən əl çəkmir.
Sarkisyan aprel döyüşləri zamanı Azərbaycan Ordusunun işğaldan azad etdiyi əraziləri qısa zamanda geri qaytaracağı barədə dəfələrlə bəyanat verirdi. Lakin bu bəyanatarın boş olduğu ortadadır. Bu il fevralın 25-26 isə cəbhədə vəziyyət yenidən gərginləşdi. Əlbəttə, iriçaplı silahlar, toplar işləyən yerdə hər iki tərəfdən itkilər olur. Amma ermənilər itkilərini daim gizlədib. Atəşkəslə bağlı "Bişkək protokolu” imzalanan ərəfədə - 1994-cü ilin aprel-may aylarında Füzuli istiqamətində ermənilər həddindən çox itki vermişdi. Mən o vaxt orada komandir idim. Ermənilərin bir gündə 500-dən çox itkisi olmuşdu. İndi də həmin vəziyyətdir. Ermənistanda seçkiqabağı kampaniya gedir. Ermənistan hakimiyyəti Qarabağda gərginlik yaratmaq istəyir ki, vəziyyətdən istifadə edərək müəyyən prosesləri nəzarətə alsın. Bu da alınmadı. Azərbaycan Ordusu öz mövqeyindədir. Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən ermənilərin təxribatlarına adekvat cavablar verilir”.
Ş.Ramaldanov qeyd edib ki, Suriyadan gələn ermənilər Ermənistanda yox, məhz məqsədyönlü şəkildə Dağlıq Qarabağda yerləşdirilir: "Əlbəttə, bu, elə-belə edilmir. Suriya ermənilərindən muzdlu kimi cəbhə xəttində istifadə edirlər. Ermənilər üçün bu əlverişlidir. Çünki Suriya ermənilər heç bir yerdə qeydiyyatda deyillər, onların ölümü Ermənistan cəmiyyətini də maraqlandırmır”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi