Əlillər aeroport yolunu bağlamağa cəhd etdi; polis aksiyanı dağıtdı

img

18-06-2010 [02:52]


Bu gün Raman qəsəbəsindəki Əlillər Evində yaşayan bir qrup əlil etiraz aksiyası keçirməyə cəhd göstərib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, əlillər illərdir yığılıb qalan problemlərinin həll olunması üçün aeroport yolunu bağlamağa cəhd ediblər. Amma yerli hüquq-mühafizə orqanlarının əməkdaşları müdaxilə edərək, aksiyaya imkan verməyib. Bu barədə MİA-ya məlumat verən etirazçılardan Telman Əsgərov bildirib ki, 20 ildir ağır vəziyyətdə yaşayırlar: ?Onsuz da sağlamlığımızı itirmişik, heç olmasa, bizim normal yaşamağımıza şərait yaratsınlar. Bu qədər əlil ailəsi yataqxanada qalırıq. Ən böyük problemimiz evsizlikdir. Bundan əlavə, işıq, qaz, su ilə bağlı da ciddi problemlərimiz var. Amma bunların heç birinə məhəl qoyan yoxdur. Prezidentdən tutmuş bütün dövlət qurumlarına müraciət etmişik, amma müsbət cavab almamışıq. Artıq cana doyduğumuz üçün aerorport yolunu kəsib, etirazımızı Prezidentə çatdırmağı qərarlaşdırdıq. Amma polis buna da imkan vermədi. Hətta bəzi əlil yoldaşlarımız fiziki təzyiqlərə də məruz qaldılar, daha aktiv olanları isə maşınlara basıb aparmaq istəyirdilər. Bir sözlə, sağlamlığını itirmiş insanların etiraz aksiyasını zorakılıqla dağıtdılar?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA