Nazirin işdən çıxardığı mərkəz direktoruna komitədə vəzifə verildi - Təyinat

img

02-03-2017 [12:23]


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyinin sabiq əməkdaşına dövlət komitəsində vəzifə verilib.

Mia.az xəbər verir ki, unikal.org-a daxil olan məlumata görə, nazirliyin Məlumat Hesablama Mərkəzinin sabiq direktoru Nail Mərdanov Dövlət Statistika Komitəsində vəzifəyə təyin edilib. O, 2016-cı ilin oktyabr ayından komitənin Elmi-tədqiqat və Statistik İnnovasiyalar mərkəzinin direktor müavini olaraq çalışır.

Faktı Unikal.org-a Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən də təsdiqləyiblər.

Qeyd edək ki, Nail Mərdanov 2016-cı ilin yanvar ayında nazir Ramin Quluzadənin müvafiq əmri ilə işdən çıxarılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA