02-03-2017 [11:08]
Azərbaycanda ailə həyatı quran müasir gənclər daha əcnəbilərlə nikaha soyuq yanaşmır. Bunu son illər qeydə alınan faktlar da sübut edir. Rəqəmlərə nəzər yetirdikdə belə qənaətə gəlmək olur ki, gənclər beynəlmiləl ailə qurmaqdan 20-30 il öncəki kimi çəkinmir.
Həmçinin əcnəbi və vətəndaşlığı olmayanlarla nikaha girən azərbaycanlılar arasında qızlar oğlanlardan bir neçə dəfə çoxluq təşkil edir. Statistik rəqəmlərə nəzər salsaq görərik ki, son illər azərbaycanlılarla əcnəbilər arasında bağlanan nikahların sayı xeyli artıb.
Qeyd edək ki, beynəlmiləl nikaha isti münasibət bəsləyən müasir azərbaycanlılar sevib-seçdiyi əcnəbi oğlanların dili, dini, irqinə fərq qoymayıb. Yəni, atalar demişkən, "könül sevən göyçək olar".
Azərbaycanlı xanımlar əcnəbilər arasında daha çox Türkiyə və İran vətəndaşları ilə ailə qurur. Xanımlarımızla ailə quran əcnəbi kişilər arasında Almaniya, Böyük Britaniya, Pakistan, Əfqanıstan, İsveç, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan, Səudiyyə Ərəbistanının vətəndaşları da var.
Azərbaycan xanımlarının əcnəbilərlə ailə qurması hallarının artmasını millət vəkilləri də təəssüf hissi ilə dilə gətirir.
Millət vəkili Məlahət İbrahimqızı Reproduktiv Sağlamlığa dair Milli Strategiyanın ilkin layihəsinin müzakirəsinə həsr olunmuş görüşdə qızların kütləvi olaraq xarici vətəndaşlarla ailə qurması haqqında danışıb.
Psixoloq Könül Vaqifqızı "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, qızların ailə qurmaq üçün əcnəbilərə meyl etməsi psixoloji aspektlərlə bağlıdır: "Məlumat üçün bildirim ki, Azərbaycan kişiləri Avropa qadınları ilə evlənməyi sevmir. Çünki əcnəbi qadınlarla bizim kişilərin arasında mentalitet fərqi var. Azərbaycanlı qadınlar xaricilərə ərə gedir. Çünki Avropa kişilərinin centlmen davranışları var. Azərbaycanda bəzi kişilər qadınla davrana bilmir. Qadına xəyanət etmək və s. məqamlar azərbaycanlı kişilərin problemidir. Qadınlarımız bilir ki, əcnəbi kişi qadına başqa qiymət verir. Lakin sonradan bunun belə olmadığını görən qadınlarımız problemlərlə üzləşir".
Həmsöhbətimizin fikrincə, qızların əcnəbilərə ərə getməsi səbəblərindən biri də güvənlə bağlıdır: "Bizdə isə qadına münasibət fərqlidir. Bu danılmaz faktdır. Boşanmış qadınlar yenidən ailə həyatı qurmaq üçün məcbur əcnəbiyə ərə gedir. Ancaq azərbaycanlı kişilər boşanmış qadınla ailə qurmaqdan yayınır. Bu cür mənfi düşüncələri insan beynindən silmək lazımdır".
Psixoloqun dediyinə görə, qızlar əsasən Türkiyə vətəndaşı ilə ailə qurmağa üstünlük verir: "O xanımlar arasında tanınmış simalar da var. Heç kim əcnəbilərlə izdivaca qadağa qoya bilməz, sevgi azaddır".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi