Müdafiə Nazirliyi 7 hərbçinin öldüyünü təkzib edir

img

18-06-2010 [12:50]


Müdafiə Nazirliyi ölkədəki hərbi hissələrdən birində əsgərlər arasında atışma və 7 əsgərin ölümü ilə bağlı yayılan məlumatları təkzib edir. Nazirliyin iyunun 18-də yaydığı məlumatda deyilir ki, ?Bizim Yol? qəzetinin 18 iyun tarixli sayında ?Hərbçilər arasındakı atışmada 7 nəfər ölüb? başlıqlı yazdakı məlumatlar şayiədən başqa bir şey deyil. ?Necə mümkündür ki, bu miqyasda hadisə baş versin və Müdafiə Nazirliyi konkret münasibət bildirməsin. Biz bunu təxribat kimi qiymətləndiririk?-deyə nazirliyin məlumatında bildirilir. ?Bizim yol? qəzetinin yazdığına görə, Füzuli rayonundakı ?N? saylı hərbi hissədə hərbiçilər arasında atışma olub, 7 hərbçi ölüb, bir neçə hərbçi yaralanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA