01-03-2017 [11:21]
Gələn ilin sonlarında Azərbaycanda prezident seçkilərinin növbəti zamanı çatır. Artıq bununla bağlı iqtidar və müxalifət daxilində hazırlıqlar prosesinin ilkin rüşeymləri görünməkdədir. Bir sıra şəxslərin və siyasi partiyaların seçkilərdə iştirak edəcəkləri ilə bağlı fikirlər səslənir.
Doğrudur, ötən il sentyabrın 26-da keçirilən referendumdan sonra tez-tez prezident seçkilərinin vaxtından əvvəl keçiriləcəyi deyilir. Hətta bu ilin özündə belə seçkilərin ola biləcəyi qəti sürətdə inkar edilmir. Amma bununla belə ölkə daxilində əsas diqqətlər 2018-ci ilə yönəlib.
2008-2013-cü ilin prezident seçkilərində namizəd olan Ümid Partiyasının sədri İqbal Ağazadəartıq rəhbərlik etdiyi qurumda bununla bağlı müzakirələrin başlandığını söylədi: "İki həftədən çoxdur ki, bununla bağlı partiyada regional iclaslar keçirilir.

Rayon təşkilatlarının fikirləri dinlənilir. Bir ay ərzində bu proses davam edəcək. Şənbə günü də müəyyən bölgələr dəvət olunub. Gələn ayın sonuna qədər proqramımızı hazırlayacağıq. Proqramda görəcəyimiz işlər öz əksini tapacaq. Seçkilərdə partiya olaraq tək yaxud digər qurumlarla birlikdə iştirak etmək barədə qəti fikir hələ ki yoxdur. Proqram hazırlanandan sonra bu məsələ də orada öz əksini tapacaq”.
AXP lideri Pənah Hüseynhazırda seçkilər və seçkilərə hazırlıqlarla bağlı müzakirələrin getmədiyini qeyd etdi: "Ölkədə seçki mühiti yoxdur.

Dəyişiklik baş verməzsə, seçkilərə hazırlıqlarımızın da əhəmiyyəti olmayacaq. Məndə olan informasiya ilə bağlı onu deyə bilərəm ki, Azərbaycan müxalifəti hazırda 2017-ci ilin məsələləri ilə konkret məşğul olurlar. 2018-ci ilin seçkiləri ilə bağlı müəyyən təşəbbüslər ola bilər, vahid namizədlə seçkilərə qatılmaq və digər məsələlərlə bağlı. Amma bunlar seçkilərə hazırlıq kimi başa düşülmür”.
Son prezident seçkilərində iştirak edən ADP sədri Sərdar Cəlaloğluhər bir partiyanın ən azından öz namizədi ilə seçkilərdə iştirakının vacibliyindən söz açdı: "Müxalifətin Məşvərət Şurasının iclasında qərara aldıq ki, müxalifətin prezident seçkilərində iştirakı ilə bağlı bir tədbir keçirək, cəmiyyətə mesajlarımızı çatdıraq ki, müxalifət seçkilərdə vahid namizədlə iştirak etsə, daha məqsədəuyğun olar. Partiya olaraq, bizim seçkilərlə bağlı planlarımız var.

Müxalifət bir araya gəlməsə belə, resurslarımızdan istifadə edib, seçkilərdə iştirak etmək niyyətindəyik. Vəziyyət elədir ki, real şəkildə seçkilərdə iştirak edib nəticələr qazanmaq bir az çətindir. Amma istənilən halda seçkilərdə iştirakla xalqın xeyrinə olan məsələləri gündəmə gətirmək şansı əldə etmiş oluruq. Bunun özü çox şeydir. Real seçkilər olacaqsa, indidən ciddi işlər görmək barədə düşünməli, dairə və məntəqələrdə nümayəndələrimizi təyin etməliyik. Amma indiki situasiya buna imkan vermir”.
İndiyə qədər keçirilən prezident seçkilərində üç dəfə prezidentliyə iddiaçı olan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevgələn ilki seçkilərdə uğur qazanacağına inanır: "Partiyanın bütün strukturları öz fəaliyyətini gücləndirib. Əvvəlki seçkilərdə hansı rayonlarda az səs toplamışdıqsa, o yerlərdə işlərimizi gücləndiririk. Hər halda partiyamız güclü şəkildə gələn ilki seçkilərə hazırlaşır. Heç kimə partiya olaraq güzəştə getmək fikrində deyilik.

Son zamanlar partiyamıza güclü axın var, xüsusilə, ziyalılarla sıralarımız daha da genişlənir. Qərbi azərbaycanlılar arasında təbliğat aparırıq. Belə qərara gəlmişik ki, Qərbi azərbaycanlılar öz namizədini indidən müəyyən etsinlər. Onlarla sıx təmaslarımız var və bu barədə yaxın vaxtlarda ictimaiyyətə məlumat veriləcək. Əvvəlki seçkilərdə böyük səslər toplamışam. Həmişə öz qardaşıma səslərimi güzəştə getmişəm. Bizim üçün əsas dövlətçilikdir. Gələn il normal seçki mühiti yaratsaq, udmaq şanslarımız çox böyükdür. İndiki hökumətdə "qocalar evi” var, hakimiyyət daxilində satqınlar da var ki, iqtidarın nüfuzunu aşağı salırlar. Biz bundan istifadə etməliyik. Xalqın artıq "qocalar evi”nə inamı yoxdur. Bu dəfə şanslarımı çox görürəm. Qərbi azərbaycanlılar arasında da nüfuzum kifayət qədər yüksəkdir”.
Cavanşir ABBASLI
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi